az
İohann Volfqanq Höte

Gənc Verterin iztirabları

Сообщить о появлении
Загрузите файл EPUB или FB2 на Букмейт — и начинайте читать книгу бесплатно. Как загрузить книгу?
  • Vusala Mammadovaцитирует9 лет назад
    İnsana üzərində xoşbəxt yaşamaq üçün bir qədər torpaq lazımdır, həmişəlik rahat olmaq üçün isə daha az torpaq gərək olur.
  • Xuraman Memmedovaцитирует5 лет назад
    Deyirlər ki, bonon daşı günəşin altına qoyularkən o, günəşin şüalarını özünə çəkir, sonra isə bir müddət qaranlıqda işıq verir.
  • Xalıqova Fidanцитирует8 лет назад
    öz təqsirin ucundan özünə daha yaxın bir dost tapmasan, qoy onda bu kitabça sənin həmdəmin olsun.
  • Gunay Əhmədovaцитирует3 года назад
    Mən hələ heç vaxt bu qədər sərbəst rəqs etməmişdim. Mən öz bədənimi hiss etmirdim. Vilhelm, sən bir düşün: çox qəşəng bir qızı qolların arasına alıb, gözlərin heç bir şey görmədən bir qasırğa kimi dolanmaq və...
  • Gunay Əhmədovaцитирует3 года назад
    Söhbət rəqsi sevməkdən düşdü. Lotta dedi: «Bu həvəs bir nöqsan sayılsa da, sizin yanınızda boynuma alıram ki, mən rəqsi hər şeydən üstün tuturam.
  • Tamilla Abdullayevaцитирует4 года назад
    Pis əhval-ruhiyyə tənbəlliyin tayıdır, o, bəlkə də, tənbəlliyin müxtəlif növlərindən biridir.
  • Xuraman Memmedovaцитирует5 лет назад
    Ossian, Homeri qəlbimdən sıxışdırıb çıxardıb. Bu nəhəng məni hansı aləmə götürüb aparır! Dörd bir yanda qasırğa kükrəyib coşan vaxt, topa-topa dumanların ayın zəif işığında əcdadlarımızın ruhunu qovaraq sərgərdan dolanmağa, dağlarda durub, meşələrdən axıb gedən selin gurultusunda qaranlıq mağaralardan ruhların boğuq iniltisini və talesiz bir qızın qəhrəman sevgilisinin yatdığı, üstü mamır və otla örtülü dörd parça daş üzərində qəmli şikayətlərini dinləməyə aparır! Budur, mən onu, qədim dövrün sərgərdan dolanan ağsaçlı şairini görürəm. O, geniş düzəngahlarda öz əcdadlarının ayaq izlərini axtarır, lakin heyhat, tapdığı yalnız onların qəbirləridir, bu vaxt o inləyərək, nəzərlərini coşqun dənizdə batıb gedən mehriban axşam ulduzuna dikir. Bu anda qəhrəmanın qəlbində keçmiş zamanlar canlanmağa başlayır. O zamanlar ayın şüaları həyatı təhlükə içərisində olan igidlərin yoluna işıq saçırdı, ay onların gül-çiçəklə bəzədilmiş müzəffər gəmisini öz nuruna qərq edirdi. Mən onun alnında dərin bir kədər oxuyuram, görürəm ki, əzəmətli ­insanlardan sonuncusu tək-tənha inləyərək qəbrə doğru səndələyir. O, doğma, cansız kölgələrdən daim yeni, əzablı, yandırıb-yaxıcı həzz alır, eyni zamanda soyuq torpağa, yırğalanan hündür otlara baxaraq deyir: «Məni gözəl ikən tanıyan o qərib səyyah gələcək, gələcək və gəlib soruşacaq: Finqalın gözəl övladı olan o nəğməkar bəs hanı? Onun ayaqları mənim qəbrimi tapdalayır, bir də, o məni əbəs yerə torpağın üstündə arayır».
  • Maryam Hajievaцитирует6 лет назад
    Mənim üçün o yazıçı hamıdan əzizdir ki, onun əsərlərində mən öz aləmimi kəşf edirəm, onun kitabında isə ətrafımda baş verən hadisələr olur, onun hekayəsi şəxsi ev həyatım kimi məni məşğul edir və qəlbimlə səsləşir.
  • Maryam Aghalarovaцитирует6 лет назад
    məncə, fikirsiz yaşayanlar xoşbəxtdirlər, onlar öz kuklası ilə əylənən, onu geyindirib-soyunduran və anasının pirojna qoyub bağladığı şkafın ətrafında gəzinən, əli şirniyə çatanda isə onu ağzına basaraq: «Yenə!» deyə bağıran uşaqlar kimidirlər. Xoşbəxt məxluqdurlar!
  • Hümmət Ələsgərovцитирует8 лет назад
    Hiss edirəm ki, o məni (ən bu sözlərin behişt qədər gözəlliyini ifadə etməyə qadirəmmi, mənim buna cürətim yetərmi?)... o məni sevir... Məni sevir... Məni sevir! Bilsən, bu məni öz nəzərimdə nə qədər ucaldır! Mən necə... məktubumda bunu etiraf etmək olar, sən başa düşərsən... O zamandan ki, onun məni sevdiyini hiss edirəm, mən öz-özümə pərəstiş edirəm!
    Bunun cəsarət, yaxud da həssaslıq olduğunu bilmirəm, amma hər halda, Lottanın qəlbində rəqibim olduğunu görmürəm. Bununla belə, o, nişanlısı barədə son dərəcə mehribanlıqla, məhəbbətlə danışdıqda özümü hər cür şərafət və rütbədən məhrum edilmiş, qılıncı əlindən alınmış bir adam kimi hiss edirəm.
fb2epub
Перетащите файлы сюда, не более 5 за один раз