Servantesin monumental “Don Kixot”u XVI əsrdə İspaniyada atlanmış, o gündən öz dünya səyahətinə başlamışdır. Klassik dövr ispan mədəniyyətinin bədii ensiklopediyası olan bu əsərdə realizmə zidd cəngavərlik romanı məsxərəyə qoyulmuşdur.
Don Kixot insana məhəbbət naminə təmənnasız xeyirxahlığa, hətta cəngavər şücaətinə hazırdır. Lakin həyat onun xəyallarını sərt bir şəkildə puç edir. Haqsızlığın hökm sürdüyü mühitdə onun fədakarlığı və romantik xəyalları mənasız, sadəlövh və gülünc görünür. Don Kixot obrazı ən məşhur surətlər içərisində özünəməxsus yer tutur. O, nəcib, cəsur və xeyirxahdır.