– Yox, ser, əlbəttə, yox! Doğrudur, əlimə belə bir fürsət keçdiyi üçün çox sevinirəm, amma sizin yanınıza bunun üçün gəlməmişəm, mister Holms. Mən qətiyyən işgüzar təbiətli adam deyiləm, ancaq qəfildən qarşıma son dərəcə ciddi və son dərəcə qəribə bir məsələ çıxıb. Sizi Avropada ikinci ən böyük ekspert hesab etdiyim üçün...
– Eləmi, ser! İcazə verin, soruşum: bəs, birincilik şərəfi kimə nəsib olub? – Holms acıqlı-acıqlı dedi.