Məşhur fransız yazıcı Viktor Hüqo 1817-ci ildən ədıb əsl yaradıcılıq yoluna qədəm qoyur. Bu vaxta qədər ədəbi aləmdə şeirləri ilə tanınan Hüqo bir il sonra ilk böyük əsərinı — “Büq Jarqal” romanını yazır. Əsər ədəbiyyat aləminə nəhəng bir simanın gəldiyini xəbər verirdi. “Büq-Jarqal” (1826) romanında baş verən hadisələr fransızlara məxsus olan SanDominqo müstəmləkəsində 1791-ci ildə baş qaldıran qaradərilərin üsyanı fonunda cərəyan edir. Üsyançıların başçısı Büq-Jarqal, rəhmli, müdrik və ədalətlidir.