bookmate game
az
Əkrəm Əylisli

Daş yuxular

Сообщить о появлении
Загрузите файл EPUB или FB2 на Букмейт — и начинайте читать книгу бесплатно. Как загрузить книгу?
  • b4473053352цитирует3 года назад
    Qәtlә yetirilәn tülkü balasının hasara bulaşan qanını qar-yağış çoxdan yuyub aparmışdı, amma Sadayın yaddaşında qıpqırmızı qan lәkәsi o hasarın üstündә qiyamәtәcәn qızarıb qaldı, heç zaman pozulmadı.
  • b1996738378цитирует4 года назад
    Bәs sәnin nәyә ehtiyacın var, cәnab Sadıqlı?" O vaxt şәxsәn Birinci mәğlub vә inamsız sәslә Sadaya üz tutanda o, heç özünü toparlaya bilmirdi, hәtta elә bil sәsi dә bir qәdәr titrәyirdi. "Cәnab" kәlmәsindә isә açıq-aşkar ironiya, bәlkә dә lap kin vardı. Әlbәttә, Saday Sadıqlının
  • rose 1724цитирует4 года назад
    Çay daşlarından keçәlәklәr salmışdılar, bütün küçәlәrә çaylaq daşı döşәmişdilәr. Hәmin o qızılın sayәsindә on iki möhtәşәm kilsә yaradılmışdı, bәlkә dә hәrәsinә tonla qızıl xәrclәnmişdi
  • rose 1724цитирует4 года назад
    On doqquzuncu ildә türklәr gәlib Әylisdә xaraba qoyduqları ermәni evlәrinin dağıntıları altından müsәlman әhali hәlә dә qızıl axtarır. Hәtta әkin üçün yer şumlayanda elә bilirlәr ki, bax indicә ayaqlarının altından qızıl çervonlar çıxacaq. Axı onlar hәmin ermәnilәrin kömәyi ilә yerin dibindәn su çıxarmışdılar, dağların arasıyla fayton yolları çәkmişdilәr
  • rose 1724цитирует4 года назад
    - Bәs elәdirsә әlavә torpaq bu xalqın nәyinә lazımdı? Nә qәdәr istәyirlәr göy üzü ilә danışsınlar
  • rose 1724цитирует4 года назад
    indi hәr şey onun özündәn asılıdır - yaşamaq da , ölmәk dә, istәsә o uzaqlardan qayıdacaq, istәmәsә yox, elә oralarda qalacaq
  • rose 1724цитирует4 года назад
    әgәr qәtlә yetrilәn

    hәr ermәninin adına bir şam yandırılsa,

    o şamların işığı ayın işığını kölgәdә qoyar
  • rose 1724цитирует4 года назад
    - Elә o vaxtdan güc topladım ki, istәnilәn zәrbәdәn sonra ayağa dura bilim.
  • rose 1724цитирует4 года назад
    Hәmişә o fikirdә olmuşam ki, içimdәki azadlığı qoruyub saxlamaq üçün davamlı olaraq dövlәtlә münasibәtlәri korlamaq gәrәkdi
  • rose 1724цитирует4 года назад
    Әhvalat belә olub: Әylisin ermәni әhalisinin nәinki gözlәmәdiyi, ümumiyyәtlә ağıllarına belә gәlmәdiyi halda, Әdif bәy başda olmaqla 30-40 türk atlısı bütün evlәrin qapısını döyür, ermәniyә dә, müsәlmana da bildirir ki, bәs, barışıq olacaq, bu sәbәbdәn hamı yığışsın filan ermәninin hәyәtinә. Camaat deyilәn yerә yığışır, türk әsgәrlәri müsәlman vә ermәnilәri ayırıb hәr topanı hәyәtin ayrı tәrәfindә sıraya düzür. Qәfil hardansa әmr eşidilir: "Atәş". Dörd bir tәrәfdәn hәyәtә cuman türk әsgәrlәri ermәnilәri güllәboran elәyirlәr. Çoxu yerindәcә qәtlә yetirilir, yaralananların, nәfәsi üstündә olanların başını ya xәncәrlә başını üzürlәr, ya da birbәbir süngüdәn keçirirlәr. Qırdıqların elә hәyәtdә, bağçada xәndәk qazıb üstünü torpaqlayırlar. Tövlәdә, evdә gizlәnәn ermәnilәri isә elә oradaca od vurub diri-diri yandırırlar. Hәmin dәhşәtli gün evdәn bayıra çıxmağa ürәk elәmәyәn müsәlman arvadları sonralar xatırlayırdılar: "Bir hәftә arxlardan qırmızı qan axdı". "Әdif bәy qarğa kimi qara atın üstündә oturmuşdu, "Atәş" deyib bağırdı, atını qamçılaya-qamçılaya çapıb getdi. Elә o dәqiqә dә güllә yağış kimi yağdı. Elә bil göy guruldadı, havanı bomboz toz-duman bürüdü. Elә dәhşәtli hay-hәşir qalxdı ki, dünya yaranandan elә bir şey görülmәyib. Hәyәtlәrdә itlәr hürüşmәyә başladı, ağaclardan sığırçınlar çığırışıb uçdu. Perikmiş qarğalar, göyәrçinlәr bir göz qırpımında kәnddәn qeybә çәkilib dağlara sığındı. Sanki cәhәnnәmin ağzı aralanmışdı. Günәş göy üzündәn yerә düşüb çilik-çilik olmuşdu.

    Saday Sadıqlı, indiyәcәn Әylisdә baş verәn qәtliyam barәdә sakit, dәhşәtә gәlmәdәn danışan adam görmәmişdi. Sadayın yaddaşı balaca vәtәnindә baş verәn qanlı tarixçәnin bir parçasıydı.

    Doktor Abasәliyevlә tanışlıqdan sonra artist, abadlığı, heyrәtamiz tәmizliyi, sahmanlı küçәlәri ilә "balaca Paris", yaxud "balaca İstanbul" adlanan Әylisin - bu yığcam coğrafi әrazinin әsil qiymәtini sözün tam mәnasında anladı. Yalnız bundan sonra Allaha bütün varlığı ilә inanan insanların ağılı vә zәhmәti sayәsindә yaranan zәngin mәdәniyyәtin, әvәzsiz irsin mahiyyәtini dә anlamağa başladı.

    Doktor Abasәliyev, onun öz ifadәsi ilә desәk, sadәcә Әylisin "fanatı" deyil, eyni zamanda bu yerlәrin tarixçisi, pisxoloqu, yeri gәlsә lap filosofu idi. Saday Sadıqlı ilk dәfә doktor Abasәliyevdәn eşitmişdi ki, möhtәşәm rahib Mosop Maştos bax elә bu Әylisdә ermәni әlifbası tәrtib elәyib, görkәmli yazıçı Ratfi vaxtilә kәnd mәktәbindә balalara dәrs verib..."

    Cavan oğlan, Әylis İlahi yerdir! - doktor Abasәliyev dәfәlәrlә Saday Sadıqlıya tәntәnәli şәkildә bәyan elәmişdi - Biz onun başına açdığımız oyunlar ucbatından qiyamәt günü Allah qarşısında cavab vermәli olacağıq
fb2epub
Перетащите файлы сюда, не более 5 за один раз