bookmate game
az
Uilyam Somerset Moemin

Teatr

Сообщить о появлении
Загрузите файл EPUB или FB2 на Букмейт — и начинайте читать книгу бесплатно. Как загрузить книгу?
“Teatr” müəllifin maraqla qarşılanan və sənətə yüksək dəyər verilən əsərlərindən biridir.
Əsərin baş qəhrəmanı aktrisa Culiya Lembertdir. 50-yə yaxın yaşı olan Culiya Lembert İngiltərənin ən sevimli aktrisasıdır. O, gözəldir, zəngindir, ideal ailəsi var, ona sayğı ilə yanaşırlar. O öz teatrının sahibəsidir və əri ilə birlikdə bu teatra rəhbərlik edir. Əri Maykl İngiltərədə ən uğurlu teatr prodüseridir. Oğulları Rocer bu səadət tablosuna əlavə rəng qatır və xoşbəxt tablonu tamamlayır.
Günlərin bir günü teatra gənc bir mühasib gəlir. Mühasibin vergi söhbətində yeni ideyaları Mayklın diqqətini çəkə bilir. Maykl gənc mühasibi evinə nahara dəvət edir, hətta Culiyadan oğlana diqqət göstərməsini xahiş edir. Culiya da həmişəki sevimli aktrisa ədasıyla, heç bir niyyəti olmadan gəncə imzalı rəsmini hədiyyə edir. Və hər şey bundan sonra başlayır…
XX əsrin ingilis ədəbiyyatı klassikləri ilə bir cərgədə yer alan Moem 1874-cü ildə Parisdə, Britaniya səfirliyi işçisinin ailəsində dünyaya göz açıb. Valideynlərini erkən itirən yazıçı İngiltərənin cənub-qərbindəki Uitstebi şəhərində yaşayan əmisinin himayəsi altında böyüyüb.
Böyük ingilis nasiri, dramaturqu, esseisti, ədəbi tənqidçisi Somerset Moemin altmış beş illik yaradıcı ömrü saysız-hesabsız romanlar, novellalar, pyeslər, esselər, məqalələr ilə zəngin olub. O, 1897-ci ildə ilk romanını yazır (“Lambetli Liza” — Liza of Lambeth), daha sonra yazdığı “Ledi Frederik” romanı ona şöhrət gətirir.
“Dövrə” (The Circle, 1921), “Sədaqətli arvad” (The Constant Wife, 1927), “Teatr” (The Theater), “Şeppi” (Sheppi), “İti ülgüclər” (The Razor's Edge), “Ay və qara qəpik” (The Moon and Sixpence) və s. əsərləri bir çox dillərə tərcümə olunmuşdur.
Эта книга сейчас недоступна
299 бумажных страниц
Правообладатель
Qanun Nəşriyyatı
Уже прочитали? Что скажете?
👍👎

Впечатления

  • Şəbnəm Kurbanlıделится впечатлением7 лет назад
    👍Worth reading
    💡Learnt A Lot
    🚀Unputdownable

    "Pis odu ki,yalan danışasan,özün de bilmeyesen ki,yalan danışırsan.Axmaq olub axmaq olduğunu bilmemekdense,axmaq olub axmaq olduğunu bilmek yaxşıdı".

  • Zaur Mirzayevделится впечатлением6 лет назад
    💡Learnt A Lot
    🌴Beach Bag Book

    3/5

  • Dj HBrisaделится впечатлением3 года назад
    👍Worth reading

Цитаты

  • Zaur Mirzayevцитирует6 лет назад
    Axmaq olub axmaq olduğunu bilməməkdənsə, axmaq olub axmaq olduğunu bilmək yaxşıdı
  • Zaur Mirzayevцитирует6 лет назад
    Bu dünyada yalnız biz artistlər gerçəyik. Bax, Rocerə cavabım da elə budur. Bütün insanlar bizim xammalımızdı. Biz onların həyatına məna verənlərik. Biz onların cılız, səfeh hisslərini götürüb sənət əsərinə çeviririk, ondan gözəllik yaradırıq. Onların bu həyatda təyinatı bizlərin özümüzü necə ifadə eləməyimizə şahid durmaq üçün tamaşaçı olmaqdan ibarətdi. Onlar bizim əllərimizdə dillənən musiqi aləti kimi bir şeydilər. Əgər çalan olmayacaqsa o alət kimə lazımdı?
  • Zaur Mirzayevцитирует6 лет назад
    Qəribə həyatdı. Aktyorlar centlmen kimi görünməkdən ötrü dəri­dən-qabıqdan çıxırlar, amma centlmenlər istəyirlər ki, aktyorlar kimi görünsünlər

На полках

fb2epub
Перетащите файлы сюда, не более 5 за один раз