bookmate game
az
Varis Dirie

Səhra çiçəyi

Сообщить о появлении
Загрузите файл EPUB или FB2 на Букмейт — и начинайте читать книгу бесплатно. Как загрузить книгу?
Varis Dirie onu dünyalarca məşhur edən bu romanı yazmaq üçün nə təxəyyülünə güc verib, nə də başqalarının həyat hekayələrini soraqlayıb. “Səhra çiçəyi” müəllifin öz başına gələnlərdir: kəlməbəkəlmə, addımbaaddım yaşadıqlarıdır. Allahın sevib yaratdığı insana əta etdiyi gözəlliklərdən necə məhrum edilməsi, həyat eşqinin hələ körpə qızcığazkən balaca köksündə boğulması, dün­yəvi həzlərə həsrət qoyulması barədə olduqca qəmli bir hekayət danışır Varis. Somalinin dodaq çatladan susuz səhralarında boy atan bu çiçək, onu məhv olmağa qoymayan, bu günün Varisi edən sevgidən, insanlara, yaradılışa inamdan rişələnir. İllər sonra məşhur model olan qəhrəmanımız geridə qoyduğu tarixçəsini bölüşməyi özünə borc bilir — beləcə, “Səhra çiçəyi”ni yazmaqla özünü yazıçılıqda da sınayır. Varis Afrikanın dəhşətinə çevrilmiş “qız sünnəti”nin onu necə şikəst etdiyini anladığı andan buna qarşı mübarizə aparmağa çalışıb. “Səhra çiçəyi” həm də bu mübarizənin bir for­masıdır. Tezliklə bestsellerə çevrilən əsəri ilə o, daha da məşhur olmaqla bərabər böyüklərin əlində alətə çevrilən qızcığızlara qurtuluş yolu da göstərmiş olub.
“Səhra çiçəyi” məhz o əsərlərdəndir ki, təsirini xeyli müddət özünüzdən uzaqlaşdıra bilməyəcəksiniz.
Эта книга сейчас недоступна
258 бумажных страниц
Правообладатель
Qanun Nəşriyyatı
Уже прочитали? Что скажете?
👍👎

Впечатления

  • Lacivərd Məmmədovaделится впечатлением8 лет назад
    👍Worth reading
    💡Learnt A Lot
    🚀Unputdownable

    Bəxt söhbətlərinə inanmıram. Bu qadının sağ qalması, özünə yol açması bəxtindən deyil, güclü olmağının və əzmkarlığının nəticəsidir. Məsəlini qloballaşdırması təqdirəlayiqdir. Alqışlayıram! :)
    Kitabın dili rahatdır, tərcümə gözlədiyimin əksinə yaxşı alınıb. Varis, elə "səhra çiçəyi" demək imiş. (Varis adını görən kimi qıcıqlandım biraz, dedim indi əzilmiş fotoşəkillər zad söhbəti olacaq. Şükür bu Varis o Varisdən deyil)))

  • Yegana_Lделится впечатлением5 лет назад
    👍Worth reading
    💡Learnt A Lot
    🚀Unputdownable

    Afrikalı qadın olmağın "qazandırdığı" ömürlük məhrumiyyətlər... Real hadisələr əsasında qələmə alınan möhtəşəm kitab!

  • Süleyman Məmmədliделится впечатлением7 лет назад
    👍Worth reading
    💡Learnt A Lot
    💧Soppy

    Heç bir təxəyyüldən istifadə etmədən, real hadisələrdən yazılmış, yazıçının öz başına gəlmiş hadisələr olan kitabdır. Çox gözəl...

Цитаты

  • Sahileцитирует7 лет назад
    İnsan həyat yolu ilə addımlayarkən tufanlardan keçəndə də, günəşin şəfəqlərindən həzz alanda da, burulğanın düz ortasında dayananda da onun nicatı məhz iradəsindən asılıdır.
  • Nizami Əlisoyцитирует7 лет назад
    Valideynlər qocalanda övladlar onların qayğısına qalacaqlarından uşaqları özlərinin qocalan vaxtı alacaqları təqaüd kimi görürdülər.
  • Mir Aliцитирует8 лет назад
    Yaşayırsansa, deməli, yaxşısan.

На полках

fb2epub
Перетащите файлы сюда, не более 5 за один раз