Ancaq burası da var ki, kiminsə uca səslə hansısa böyük problemlə məşğul olmaq istədiyini deməsi hələ heç nə demək deyildir. Çox vaxt belə durumlarda araşdırmalara nədən başlamağı kəsdirə bilmirlər. Elmi işlərdə uğur qazanmaq üçün, ilk olaraq, gərək yan-yörəndə gözə çarpan və araşdırmaq üçün əlçatan olan nəsnələri öyrənməkdən başlayasan. Bu işi dərinliyə vararaq, götür-qoy edərək, gözüaçıq və dözümlü olaraq yerinə