bookmate game

Sevdiyim Kitablar

Aybəniz Həsənova
35Книг239Подписчиков
    Aybəniz Həsənovaдобавила книгу на полкуSevdiyim Kitablar7 лет назад
  • недоступно
  • Aybəniz Həsənovaдобавила книгу на полкуSevdiyim Kitablar7 лет назад
  • недоступно
  • Aybəniz Həsənovaдобавила книгу на полкуSevdiyim Kitablar7 лет назад
    Aybəniz Həsənovaдобавила книгу на полкуSevdiyim Kitablar7 лет назад
  • недоступно
  • Aybəniz Həsənovaдобавила книгу на полкуSevdiyim Kitablar7 лет назад
  • недоступно
  • Aybəniz Həsənovaдобавила книгу на полкуSevdiyim Kitablar7 лет назад
  • недоступно
  • Aybəniz Həsənovaдобавила книгу на полкуSevdiyim Kitablar7 лет назад
    Aybəniz Həsənovaдобавила книгу на полкуSevdiyim Kitablar8 лет назад
  • недоступно
  • Aybəniz Həsənovaдобавила книгу на полкуSevdiyim Kitablar8 лет назад
    Joze Saramago artıq Azərbaycan oxucusuna tanış olan bir yazıçıdır. Düzdür onun zəngin irsindən dilimizə çox az sayda əsər tərcümə olunub, amma yazarın dəsti xəttinə bələd olmaq üçün bunlar kifayət edir. 1998-ci ildə Nobel mükafatına layiq görülən bu Portuqaliyalı yazıçı 1922-ci il 16 Noyabr tarixində Lissabon yaxınlığındakı Azhaqa kəndində dünyaya göz açıb. Ailəsi ilə birlikdə Lissabona köçən yazıçı orda təhsil almağa başlasa da maddi problemlər ucbatından məktəbi yarımçıq qoyub. Maşinist peşəsinə yiyələnən yazıçı redaktor, tərcüməçi kimi sahələrdə çalışır. İlk romanı olan "Günah Ölkəsi" 1947-ci ildə nəşr olunub. Qeyd edim ki, Saramaqo təkcə roman yox, eyni zamanda hekayə, pyes, şeir, esse kimi digər ədəbi janrlara da müraciət edib. Amma ən çox romanları ilə tanınır.

    Hardasa 7 il əvvəl ilk dəfə " İsanın İncili " romanı ilə Saramaqonu tanımışdım. O vaxtlar nə oxuduğum kitabı lazım qədər dərk edə bilmiş, belə deyək nə də haqqını verə bilmişdim. Üstündən 3-4 il keçdikdən və mənim təbii olaraq mütaliə bazam atdıqdan sonra yazıçının "Korluq" romanı diqqətimi çəkdi və Saramaqoya yenidən şans vermək istədim. Yaxşı ki də verdim. Romanı olduqca çox sevdim. Yazıçının zəkasına, xəyal gücünə heyran qaldım. Daha sonra mütamadi olaraq hər il bir-iki kitabını oxuyuram. Bu il ilk müraciət etdiyim kitabı " Qabil " oldu.

    Müqəddəs kitablarda bəhsi keçən Habil və Qabilin hekayəsini demək olar ki, hamımız bilirik. Qabil qardaş qatili, yür üzündə ilk cinayətin törədicisi olaraq tanınır. Saramaqo bu kitabında bizə Qabilin hekayəsini danışır, amma təbii ki özünəməxsus şəkildə. Saramaqonu oxuyanlar onun iynələyici üslubuna, tikanlı dilinə bələddirlər. Yazıçı bu kitabında da tikanlı dilinə işə salmaqdan, sərt tənqidi üslubunu istifadə etməkdən geri qalmır. Qabilin hekayəsini bildiyimizdən tamamilə fərqli bir formada bizə təqdim edir. Həm də təkcə bununla kifayətlənmir, hekayənin fonunda Müqəddəs kitablarda yer alan və bəşər tarixində əhəmiyyətli olan hadisələri də özünəməxsus şəkildə qələmə alır. Zamanda ani və sürətli keçidlər edən Saramaqo Lilih, Lut peyğəmbər və qızlarının hekayəsi, İbrahim peyğəmbərin oğlunu qurban kəsmək cəhdi, Sodom və Qomora əfsanəsi, Babil qülləsinin inşası və dağılması, Musa peyğəmbərin Sina dağına qalxması, İsrail övladlarnın Qızıl dana hazırlayıb ona sitayiş etməsi, Nuhun Gəmisi və Böyük tufan kimi bir çox əfsanə və rəvayətlərə öz baxış bucağından yanaşmışdır. Maraqlısı odur ki, Qabil zamanda səyahət edərək bütün bu hadisələrə şahidlik edir və bu kitabda Ağa adlandırılan Tanrı ilə daima mübarizədədir. Tanrını ədalətsizlikdə və qəddarlıqda ittiham edir. Məsələn Sodom və Qomora şəhərlərini yox etmək üçün göndərdiyi mələklərin İbrahim peyğəmbərə verdiklərə sözə əməl etmədiklərini iddia edir. Onlar İbrahim peyğəmbərə söz vermişdilər ki, əgər bu şəhərlərdə 10 günahsız insan olsa onları dağıtmayacaqlar. Qabil isə ordakı uşaqların günahsız olduğunu və Tanrının bunu nəzərə almadığını deyərək onu insanları sevməməkdə günahlandırır.

    Saramaqo oxucuları onun dini məsələlərdə tənqidi mövqeyə sahib olduğunu bilirlər. Həddindən artıq mühafizəkar və fərqli düşüncələrə qapalı olan insanların bu romanı oxuyub bəyənəcəklərini düşünmürəm. Amma mövqeyi nə olursa olsun nəzərə almaq lazımdır ki, ədəbiyyat xəyalın, fantaziyanın məhsuludur və fərqli yanaşmalara açıq olmağı bacarmaq lazımdır. Kitabı oxuduğum digər Saramaqo kitabları ilə müqayisə edərsəm ən güclüsü budur deyə bilmərəm. Amma yenə də oxunması zövqlü və maraqlı bir kitab idi. Məsləhət görərdim ki, bir şans verəsiniz. Amma ilk dəfə Saramaqo oxuyacaqsınızsa bu kitabla başlamayın. "Naməlum Adanın Hekayəsi" yaxud "Təxirə salınmış ölüm" ilə başlaya bilərsiniz.

    Xoş mütaliələr.
  • недоступно
  • Aybəniz Həsənovaдобавила книгу на полкуSevdiyim Kitablar8 лет назад
    Aybəniz Həsənovaдобавила книгу на полкуSevdiyim Kitablar8 лет назад
  • недоступно
  • Aybəniz Həsənovaдобавила книгу на полкуSevdiyim Kitablar8 лет назад
  • недоступно
  • Aybəniz Həsənovaдобавила книгу на полкуSevdiyim Kitablar8 лет назад
    Aybəniz Həsənovaдобавила книгу на полкуSevdiyim Kitablar8 лет назад
    Ölmədən öncə oxumalı olduğunuz 1001 kitab siyahısından...

    Kate Chopin'in 1899-cu ildə yazdığı bu roman hardasa 100 il əvvəlin cəmiyyətindəki dəyərləri, cəmiyyətin qadına baxış açısını göstərsə də romanın sorguladığı məsələlər bu gün də öz aktuallığını qoruyub saxlayır. Chopin'in qələminə heyran qalmamaq mümkün deyil, romanında ələ aldığı mövzu ilə bir çox feminist yazarı geridə buraxır.

    Bu gün qadına münasibət necədirsə 100 il əvvəl də beləydi. Cəmiyyətin qadına istər xoşluqla, istərsə də zorla geyindirdiyi bir maska, bir qəlib var. Qadın yalnız uşaq dünyaya gətirməli, həyat yoldaşına qulluq edib evini (təsərrüfat işlərrini) idarə etməli, bəzən də qohumları və rəfiqələri ilə görüşüb nə qədər "xoşbəxt" olduğunu onlara göstərməlidir. Qadının başqa nə arzusu ola bilər ki? Məsələn, qadın niyə təhsil almağı, işləməyi, karyera qurmağı, öz ayaqları üzərində durmağı arzulasın ki? Cəmiyyətin əsasən də əks cinsin gözündə ideal qadın həyat yoldaşına sitayiş edən, uşaqlarını ilahiləşdirən öz fərdi kimliyini bir kənara tullayıb ömür boyu həyat yoldaşının köməkçi qanadları rolunu oynayıb ikinci dərəcəli bir varlıq kimi yaşamağı seçən qadınlardır. Öz mənliyi, qüruru, prinsipləri olan qadın cəmiyyət tərəfindən anlaşılmır. Kate Chopin romanında Edna obrazı ilə öz kimliyini axtaran, fərd olmaq istəyən bir qadının oyanışını və bu oyanışın tragik hekayəsini qələmə alıb. Edna rəfiqəsi ilə söhbətində ona deyir ki, uşaqlarım üçün malımı, canımı qurban verərəm amma mənliyimi əsla. Məncə bu sözlər onu ifadə etmək üçün kifayətdir.
    İki uşaqlı bir ana olan Edna birdən- birə öz həyatını sorgulamağa başlayır-Ednanın oyanışı da burdan başlayır. Oxucu bu prosesdə fərd olmaq istəyən, öz ayaqları üzərində durmağa çalışan qadınların üzləşdiyi problemləri, hətta tək qalmaq, sevdiyi bir işlə məşğul olmaq istəyən qadının bunun üçün vaxtı olmadığını, özünə vaxt ayıra bilmədiyini görür.

    Ədəbiyyatda həyat yoldaşını tərk edib başqası ilə gedən qadınlar az deyil. Amma Edna Pontineller nə bir Anna Kareninadır, nə də Emma Bovari. Edna başqa bir ilə eyni həyatı yaşamaq üçün ailəsini tərk etmir. Bədəninə və ruhuna sahib olmaq üçün tərk edir. Amma bu tamamilə başqa bir tərkedişdir. Daha acı, daha təsirli...

    Oxuyun məncə, istənilən qadının özündən nəsə tapacağı bir romandır.
    Aybəniz Həsənovaдобавила книгу на полкуSevdiyim Kitablar8 лет назад
    Hər bir kitabsevərin az-çox özündən izlər tapacağı bir kitabdır "Kağız Ev". Elə insanlar var ki, kitabları sadəcə oxuyurlar amma bəziləri kitablarla yaşayır və onlarla yaşamağı sevir. Bu romanın qəhrəmanı da kitablarla yaşayanlardandır.
  • недоступно
  • Aybəniz Həsənovaдобавила книгу на полкуSevdiyim Kitablar8 лет назад
    Tək-tənha bir insanın bu dünyada yaşamağın hekayəti.
  • недоступно
  • Aybəniz Həsənovaдобавила книгу на полкуSevdiyim Kitablar8 лет назад
    XX-ci əsrin ən möhtəşəm romanlarından biri. Həyat əv olüm, din, Şeytan və SSRİ - hər şey bir kitabda.
  • недоступно
  • Aybəniz Həsənovaдобавила книгу на полкуSevdiyim Kitablar8 лет назад
    Romanda Remark cərrah Ravikin şəxsində faşizmin vətəndən didərgin saldığı qaçqınların acınacaqlı həyat tərzini, faciəli taleyini ustalıqla təsvir edir.
  • недоступно
  • Aybəniz Həsənovaдобавила книгу на полкуSevdiyim Kitablar8 лет назад
    Böyüklər üçün uşaq nağılı, "Balaca Şahzadə" ən dərinmənalı kitablardan biri qalır. Yarı bioqrafik, yarı sürrealistik bir əsər.
  • недоступно
  • Aybəniz Həsənovaдобавила книгу на полкуSevdiyim Kitablar8 лет назад
    Murakaminin ən provokativ əsərlərindən biri, "Norveç meşəsi" Yaponiyada gənclərin azad seks tələbləriylə kəskin etirazları başlayan dövrdən bəhs edir.
  • недоступно
fb2epub
Перетащите файлы сюда, не более 5 за один раз