Təsadüf nəticəsində İraqa gedən amerikalı həkim Ami Lezeran orada bir xəstə üstünə çağırılır. Xəstə Amerika arxeoloq heyətinin rəhbərinin həyat yoldaşı, gözəlliyi ilə hamını valeh edən missis Luiz Leydnerdir. Ami onun evinə getdiyi ilk gündən gərgin ab-hava hiss edir. Arxeoloji heyətin də yaşadığı bu evdə nələrinsə baş verdiyindən duyuq düşən tibb bacısı tezliklə yanılmadığının şahidi olur. Çox keçmir, Luiz öz otağında ölü tapılır.
Yenə təsadüf nəticəsində İraqda olan detektiv Erkül Puaro bu müəmmalı cinayəti araşdırmalı olur. Lakin bu, tez-tez rast gəlinən cinayətlərdən çox fərqlənir. Qatil işini peşəkarcasına görmüş, arxada iz buraxmamışdır.
Arxeoloji heyətin bütün üzvlərinin Luizə heyran olduğu, gözəlliyi qarşısında baş əydiyi halda bu xanıma nifrət etmələri işi daha da çətinləşdirir. Luizin iyirmi il əvvəl ölən ərindən təhdid məktubları alması isə cinayəti müəmmalı hala salır…