Ən çox satılanlar

Bookmate
39Книг32Подписчика
    Bookmateдобавил книгу на полкуƏn çox satılanlar2 года назад
    Bu günə qədər “ingilis ədəbiyyatının birinci xanımı” kimi tanınan Ceyn Ostinin “Qürur və qərəz” romanı yetərincə maraqlı və son dərəcə həyati əsərdir. Ən başlıcası isə odur ki, yazıçı bütün başqa qələm sahiblərindən fərqli olaraq oxucusunun psixi-emosional dünyasına təcavüz edib, onun hiss və duyğularıyla oynamır. Hadisələr romantik, sakit bir axarda cərəyan edir. Ağlı, qüruru, bitkin xarakteriylə hamıda rəğbət oyadan qəhrəman Miss Bennet isə gənc qızlara ən yaxşı nümunə ola bilər.
  • недоступно
  • Bookmateдобавил книгу на полкуƏn çox satılanlar2 года назад
    Onu ən çox məşhurlaşdıran isə oxuculara təqdim olunan «Ye, dua et, sev» kitabıdır. Bu kitab onun çətin boşanma mərhələsindən sonra uzun bir səyahətə çıxmasından bəhs edir. Qısa zaman ərzində beynəlxalq bestellerə çevrilib, otuzdan artıq dilə tərcümə olunub, bütün dünyada yeddi milyon nüsxədən artıq satılıb. Bu kitab onu o qədər məşhurlaşdırıb ki, 2008-ci ildə ümumi sorğularda dünyanın ən nüfuzlu yüz adamından biri olub. Bu kitabı adi oxucular da, senatorlar, prezidentlər də, yazıçılar, məşhur aktyorlar da oxuyur və hər kəs də mütləq faydalanır.
  • недоступно
  • Bookmateдобавил книгу на полкуƏn çox satılanlar2 года назад
    “Siçanlar və adamlar” povestindəki obrazlar — bir parça torpaq həsrəti ilə yaşayan, bu həsrətlə də ömrünü başa vuran kəslər, yazıçının çox yaxından tanıdığı, dərdlərinə şərik olduğu insanlardır. Sonradan, dünyada böyük şöhrət qazanmasına baxmayaraq, elə bil Con Steynbek bu povestdə heç vaxt ondan ayrı düşməyən öz duyğularını, onun həyatının unudulmaz bir parçası saydığı həmin günləri yazırdı.
  • недоступно
  • Bookmateдобавил книгу на полкуƏn çox satılanlar2 года назад
    “Kimyagər” — Braziliya yazıçısı Paulo Кoeлhonun ən məşhur əsərlərindən biridir. О, dünyada milyonlarla insanın sevimli kitabıdır. Gənclər xəyalpərəst olurlar, arzulamaqdan qorx —
    murlar, onlar üçün hər şey əlçatandır. lakin zaman keçir, sirli bir gücün təlqini ilə onlar arzularını həyata keçirə bilmirlər. "İnsanın yeganə həqiqi borcu — oz taleyinə, arzusuna qovuşmağa calışmaqdır…" — bunu Кoelho deyir. Artıq kulta çevrilən bu roman oz oxucusunun
    həyatını dəyişməyə qadir olan bir əsərdir.
  • недоступно
    Paulo Koelho
    Kimyagər
    • 2.4K
    • 807
    • 107
    • 118
    az
  • Bookmateдобавил книгу на полкуƏn çox satılanlar3 года назад
    Leonardo da Vinçinin işlərində gizli şifrələr var…
    Yalnız bu, ağlasığmaz hakimiyyət və qüdrət bəxş edən xristian ziyarətgahlarını tapmağa kömək edər…
    Bəşəriyyətin əsrlərlə öyrənməyə can atdığı böyük sirrin açarı bəlkə də tapıldı…
    «Da Vinçi şifrəsi» romanını yazarkən, müəllif apardığı tədqiqatlardan əldə etdiyi bütün təcrübəsini sərf etmiş və bunu baş qəhrəmanı, din tarixi və ikonoqrafiya üzrə Harvard universitetinin professoru Robert Lenqdonun vasitəsilə oxuculara çatdırmışdır. Romanın girişi Luvr muzeyinin qoca mühafizəçisinin qətlini Robert Lenqdona xəbər verən gecə zəngi ilə başlayır. Cəsədin yanında açarı Leonardo da Vinçinin işlərində gizlənən şifrəli yazı tapılmışdır…
  • недоступно
  • Bookmateдобавил книгу на полкуƏn çox satılanlar3 года назад
    Bu 13 yaşlı yəhudi qızının — Anna Frankın yazdığı gün­dəlikdir. Almaniyada doğulan Anna ailəsi ilə birgə alman faşistlərindən xilas olmaq məcburiyyətilə Niderlanda köçür. Bir neçə ailənin qal­dığı sığınacaqda yaşadığı vahimə, qorxu dolu günlər onu gündəlik yaz­mağa sövq edir. Öz ad günündən, yəni 12 iyun 1942-ci ildən etibarən 1 avqust 1944-cü ilədək gündəlik yazır. O, əvvəlcə buna əyləncə kimi yanaşır və başına gələnləri gündəlikdə özündən uydurduğu Kitti adlı rəfiqəsi ilə gündəlikdə bölüşür. Lakin Niderlandın təhsil nazirinin radio ilə əhaliyə müraciətini dinlədikdən sonra bu işlə daha ciddi məşğul olur. Nazir insanları alman faşistlərinin işğalı ilə bağlı istənilən sənədi qoruyub saxlamağa çağırırdı. Anna Frankın həyat tarixçəsi — gizlənməyə məcbur olan, sonrasa doğ­malarıyla birgə həbs düşərgəsinə düşüb, məhz yəhudi olduğuna görə orada məhv olan yəhudi qızının taleyidir.
  • недоступно
  • Bookmateдобавил книгу на полкуƏn çox satılanlar3 года назад
    “Mənim tarixçəm” Stiven Hokinqin müstəsna dərəcədə səmimi üslubda yazılmış avtobioqrafik bir kitabıdır. 21 yaşında, bu dünyada qısa müddət yaşayacağını proqnozlaşdıran dəhşətli tibbi diaqnoz qoyulmuş bir insan, dahi bir zəkanı ağır fiziki və mənəvi əzablara məhkum etmiş öz bəxtsiz taleyi ilə daimi mübarizədən ibarət olan həyatı haqqında danışır. Həkimlərin proqnozuna baxmayaraq, artıq yarım əsrdən artıq bir zamanda nəinki öz xəstəliyinin bütün olumsuzluqlarına qarşı davam gətirir, hətta ona qarşı döyüşür. Öz xəstəliyini və əlilliyini qaçınılmaz qəbul edərək, o möhtəşəm bir mənəvi dəyanət nümayiş etdirir, zəkasının gücü ilə bizi heyran edir və insanın imkanlarının hüdudsuz olduğunu isbat edir.
  • недоступно
  • Bookmateдобавил книгу на полкуƏn çox satılanlar3 года назад
    Bu kitab ədəbiyyatımızın ən məşhur və qalmaqallı əsərlərindən biridir. Dünyanın 33 dilinə tərjümə olunub və 66 ölkədə nəşr edilib.
  • недоступно
  • Bookmateдобавил книгу на полкуƏn çox satılanlar4 года назад
    Ç.Aytmatovun “Gün var əsrə bərabər” romanının baş qəhrəmanı Yedigey vicdanlı, yorulmaq bilməyən zəhmətkeş, öz yüksək mənəvi borcuna sadiq bir insandır. Müəllif qəhrəmanın taleyini müasir dövrün bir sıra problemləri və bütün bəşəriyyətin sabahkı günü ilə müqayisə edib, dünyada əmin-amanlığın, xeyirxahlığın və humanizmin təntənəsini ən böyük qələbə kimi səciyyələndirir.
  • недоступно
  • Bookmateдобавил книгу на полкуƏn çox satılanlar7 лет назад
    “Kitabi-Dədə Qorqud” bir müqəddimə və 12 boydan ibarət dastandır. Bir sıra alimlərin fikrinə görə, bu dastanlar əsasən, X-XI əsrlərdə Azərbaycanda cərəyan edən hadisələrlə səsləşməkdədir. Eyni zamanda, həm də “Oğuznamə” adlanan bu dastanların bir sıra başqa xalqlarda da dastan, nağıl, əfsanə şəklində yaşayan qolları ilə müqayisəsindən aydın görünür ki, bunlar məhz Azərbaycanda Azərbaycan ozanları — aşıqları tərəfindən yaradılmışdır. “Kitabi-Dədə Qorqud”un bir əlyazma nüsxəsi Drezden kitabxanasındadır. Bu nüsxə haqqında ilk məlumat XIX əsrin əvvəllərində verilmişdir. Son illərdə isə Vatikanda bu əsərin ikinci bir nüs­xəsi tapılmışdır. İtalyan alimi Ettore Rossi tərəfindən 1952-ci ildə nəşr edilmiş bu nüsxədə 12 boy — dastanın altısı vardır. “Kitabi-Dədə Qorqud” dilimizin, ədəbiyyatımızın, dastan yaradıcılığı­mızın, ümumiyyətlə, mədəniyyətimizin tarixini öyrənməkdə böyük əhə­miyyətə malikdir.
  • недоступно
  • Bookmateдобавил книгу на полкуƏn çox satılanlar7 лет назад
  • недоступно
  • Bookmateдобавил книгу на полкуƏn çox satılanlar7 лет назад
  • недоступно
  • Bookmateдобавил книгу на полкуƏn çox satılanlar7 лет назад
    Bookmateдобавил книгу на полкуƏn çox satılanlar7 лет назад
  • недоступно
  • Bookmateдобавил книгу на полкуƏn çox satılanlar7 лет назад
  • недоступно
  • Bookmateдобавил книгу на полкуƏn çox satılanlar7 лет назад
  • недоступно
  • Bookmateдобавил книгу на полкуƏn çox satılanlar7 лет назад
  • недоступно
  • Bookmateдобавил книгу на полкуƏn çox satılanlar7 лет назад
  • недоступно
  • Bookmateдобавил книгу на полкуƏn çox satılanlar7 лет назад
  • недоступно
  • Bookmateдобавил книгу на полкуƏn çox satılanlar7 лет назад
  • недоступно
fb2epub
Перетащите файлы сюда, не более 5 за один раз