Yazıçının qəhrəmanları əsasən “kiçik adam”lardır, ancaq onlarla yaşadıqları cəmiyyət, bu cəmiyyətdəki həyat tərzi, əxlaq normaları, sosial mühit arasında həmişə böyük təzadlar olur və Lentsin əksər hallarda istehza, bəzən də kövrək duyğularla qələmə aldığı hekayələrin süjetləri də məhz bu cür təzadlar üzərində qurulub.