az
Fyodor Dostoyevski

Beyaz Geceler

Сообщить о появлении
Загрузите файл EPUB или FB2 на Букмейт — и начинайте читать книгу бесплатно. Как загрузить книгу?
Romanın baş qəhrəmanı — kimsəsiz və utancaq bir xəyalpərəstdir. Bəyaz gecələrin birində xəyalpərəst oğlan Nastya adlı bir qızla tanış olur, zaman keçdikcə ona vurulur. Amma Nastya ona dost və qardaş gözü ilə baxır. Qız ona keçmiş monoton həyatından, ilk məhəbbətindən və sevdiyi insanın onu necə tərk etdiyindən bəhs edir. Xəyalpərəst oğlan Nastyaya yardım edir, ona mənəvi dəstək olur.
Oğlanın duyğularını layiqincə qiymətləndirməyə can atan Nastya bir gün onun sevgisinə cavab verməyi qərara alır. Lakin əvvəlki sevgilisi qayıdınca, qız dostunu tərk edir. Oğlan Nastyanı bağışlayır və yenə sevməyə davam edir. Nastya onun həyatının ən parlaq səhifəsidir!
Dünya ədəbiyyatının ən böyük nümayəndələrindən biri hesab olunan Fyodor Mixayloviç Dostoyevski (1821–1881) rus ədəbiyyatı tarixində özünəməxsus yer tutur. Tənqidçi Belinski deyirdi ki, o qeyri-adi və bənzəri olmayan bir istedaddır. F. M. Dostoyevskinin yaradıcılığı dünya ədəbiyyatında realizmin inkişaf etməsi üçün zəngin bir xəzinədir. Onun “Bəyaz gecələr” əsəri 1848-ci ildə çap olunub. Dostoyevski bu əsəri gənclik illərinin dostu, şair A. N. Pleşeyevə həsr edib.
Эта книга сейчас недоступна
77 бумажных страниц
Правообладатель
Qanun Nəşriyyatı
Уже прочитали? Что скажете?
👍👎

Впечатления

  • Emil Azizovделится впечатлением7 лет назад

    Bu gün Fyodor Dostoyevskinin " Bəyaz Gecələr " adlı kiçik həcmli povestini oxuyub bitirdim. Dostoyevski “ Bəyaz gecələr ”- i 1848-ci ildə 27 yaşında yazıb və Peterburq qəzetlərinin birində dərc etdirib.Yazıçının fikrincə, "xəyalpərəstlər" əslində, yaşadığı cəmiyyətin qurbanlarıdır. Xəyalpərəstlər, təklikdə və tənha böyük, səs-küylü şəhərdə yaşayan gənclərdir. Bu ağıllı, xeyirxah, səmimi və həssas adamlar cəmiyyətdə lazımlı və faydalı olmaq istəyirlər. Onlar öz həyatlarında məna görmək və xoşbəxt olmaq istəyirlər. Romanın baş qəhrəmanı bir xəyalpərəstdir. Olduqca yalnız, tənha, səkkiz ildir Peterburqda yaşamasına baxmayaraq, heç bir dostu, kimsəsi olmayan bir xəyalpərəstdır. Peterburqun bütün küçələrinə aid olduğunu düşünən bir xəyalpərəstdir. Xəyalpərəst qəhrəmanımızın bir xüsusiyyəti də var ki, utancaqdır. Öz hislərini ifadə etməyə çətinlik çəkir. Xəyalpərəst bəyaz gecələrin birində Nastya adlı bir qızla tanış olur. Nastya ona öz sıxıcı, darıxdırıcı həyatından, sevdiyi şəxsdən və necə tərk edilməyindən danışır. Sonradan qəhrəmanımız bu qıza aşıq olur. Ancaq məhəbbətinə qarşılıq ala bilməz, çünki Nastenkanın sevdiyi və gözlədiyi başqa bir adam vardır .Lakin Nastya onu dost, qardaş kimi qəbul edir, Dostoyevskinin hər bir kitabını oxuduğumda dünyanın ən yaxşı yazıçısı olduğuna inanıram.Dostoyevski bu əsəri gənclik illərinin dostu, şair A.N.Pleşeyevə həsr edib.

  • b2484933693делится впечатлением3 года назад
    👍Worth reading

    Xəyallarda yaşıyan bir oğlanın küçədə tanış olduğu qızı sevməsi ,sevdiyi qızın sevgilisi ilə barışdırmaq üçün məsləhətlər verməsi ,məktubu oğlana göndərməsi ,qızın yanında olması .Qızın sevgilisi gəlmədiyi üçün qız təkcə qalır ağlayır bu vaxt xəyallarda yaşıyan oğlan sevgisini etiraf edir .Qızla danışıb gələcək qurmaqlarını planlayırlar ,oğlan çox xoşbəxtdir və onda qızın sevgilisi gəlir qız heçnə fikirləşmədən sevgilisinin yanına gedir və oğlan orda sakitcə baxır .Səhər məktub gəlir "məni bağışla ,kaş sən onun yerinə olardın,məni bağışla .Əgər bağışlasan seni unutmayacam xəzinə kimi yaddaşımda saxlayacam "
    ..

  • Fuad Resulovделится впечатлением5 лет назад
    👍Worth reading

    Kitablar da özüne tapmaq necə də gözəldir.. Bu kitabı tapdığım 3cü Mələyin xatirəsinə həsr edirəm... Bəlkə özünə həsr etmək də nəsib olar...

Цитаты

  • Həmidə Məcidliцитирует6 лет назад
    "İllər necə də sürətlə gəlib-keçir!" Yenə də özündən soruşursan: "Axı, nə elədin ki, bu uzun illər belə tez ötüb keçdi? Ömrünün ən yaxşı günlərini harada məzara gömdün? Sən yaşayırdın, ya yox?" "Bax, yaxşı bax, – deyə özünə xəbərdarlıq edirsən, – həyat getdikcə sönüb gedir! Bir neçə il də keçəndən sonra tamamilə tək qalacaqsan, sonra əli əsalı, taqətsiz qocalıq, onun dalınca da sıxıntı və məyusluq gələcək. Sənin xəyal aləmin sönükləşəcək, arzuların isə öz təravətini itirib, xəzan vurmuş yarpaq kimi yerə səpələnəcək...
  • mlkцитирует8 лет назад
    “Doğrudanmı belə bir səma altında müxtəlif xasiyyətli, acıqlı və şıltaq insanlar yaşayır?”
  • b8468989854цитирует6 лет назад
    , biz bədbəxt olduğumuz zaman başqalarının da bədbəxtliyini dərindən hiss eləyirik; bu hissiyyat dağılmır, bəlkə bir yerə yığılıb daha da möhkəmlənir...

На полках

fb2epub
Перетащите файлы сюда, не более 5 за один раз