az
Fyodor Dostoyevski

Beyaz Geceler

Сообщить о появлении
Загрузите файл EPUB или FB2 на Букмейт — и начинайте читать книгу бесплатно. Как загрузить книгу?
  • Emil Azizovделится впечатлением7 лет назад

    Bu gün Fyodor Dostoyevskinin " Bəyaz Gecələr " adlı kiçik həcmli povestini oxuyub bitirdim. Dostoyevski “ Bəyaz gecələr ”- i 1848-ci ildə 27 yaşında yazıb və Peterburq qəzetlərinin birində dərc etdirib.Yazıçının fikrincə, "xəyalpərəstlər" əslində, yaşadığı cəmiyyətin qurbanlarıdır. Xəyalpərəstlər, təklikdə və tənha böyük, səs-küylü şəhərdə yaşayan gənclərdir. Bu ağıllı, xeyirxah, səmimi və həssas adamlar cəmiyyətdə lazımlı və faydalı olmaq istəyirlər. Onlar öz həyatlarında məna görmək və xoşbəxt olmaq istəyirlər. Romanın baş qəhrəmanı bir xəyalpərəstdir. Olduqca yalnız, tənha, səkkiz ildir Peterburqda yaşamasına baxmayaraq, heç bir dostu, kimsəsi olmayan bir xəyalpərəstdır. Peterburqun bütün küçələrinə aid olduğunu düşünən bir xəyalpərəstdir. Xəyalpərəst qəhrəmanımızın bir xüsusiyyəti də var ki, utancaqdır. Öz hislərini ifadə etməyə çətinlik çəkir. Xəyalpərəst bəyaz gecələrin birində Nastya adlı bir qızla tanış olur. Nastya ona öz sıxıcı, darıxdırıcı həyatından, sevdiyi şəxsdən və necə tərk edilməyindən danışır. Sonradan qəhrəmanımız bu qıza aşıq olur. Ancaq məhəbbətinə qarşılıq ala bilməz, çünki Nastenkanın sevdiyi və gözlədiyi başqa bir adam vardır .Lakin Nastya onu dost, qardaş kimi qəbul edir, Dostoyevskinin hər bir kitabını oxuduğumda dünyanın ən yaxşı yazıçısı olduğuna inanıram.Dostoyevski bu əsəri gənclik illərinin dostu, şair A.N.Pleşeyevə həsr edib.

  • b2484933693делится впечатлением3 года назад
    👍Worth reading

    Xəyallarda yaşıyan bir oğlanın küçədə tanış olduğu qızı sevməsi ,sevdiyi qızın sevgilisi ilə barışdırmaq üçün məsləhətlər verməsi ,məktubu oğlana göndərməsi ,qızın yanında olması .Qızın sevgilisi gəlmədiyi üçün qız təkcə qalır ağlayır bu vaxt xəyallarda yaşıyan oğlan sevgisini etiraf edir .Qızla danışıb gələcək qurmaqlarını planlayırlar ,oğlan çox xoşbəxtdir və onda qızın sevgilisi gəlir qız heçnə fikirləşmədən sevgilisinin yanına gedir və oğlan orda sakitcə baxır .Səhər məktub gəlir "məni bağışla ,kaş sən onun yerinə olardın,məni bağışla .Əgər bağışlasan seni unutmayacam xəzinə kimi yaddaşımda saxlayacam "
    ..

  • Fuad Resulovделится впечатлением5 лет назад
    👍Worth reading

    Kitablar da özüne tapmaq necə də gözəldir.. Bu kitabı tapdığım 3cü Mələyin xatirəsinə həsr edirəm... Bəlkə özünə həsr etmək də nəsib olar...

  • M.Vəlizadəделится впечатлением6 лет назад
    👍Worth reading
    🚀Unputdownable

    Yenə də Dostayevski qələminin möhtəşəmliyi! Heyranlıqla oxudum. Dostayevskinin müşahidəçilik qabiliyyətinə bir daha valeh oldum. İnsanların hiss və duyğularını bu qədər incəliklərə qədər təfərrüatlı şəkildə təsvir etmək- çox böyük istedad tələb edir.

  • b8468989854делится впечатлением6 лет назад
    👍Worth reading

    Nədənsə oxuyanda "Xəyalpərəstmizlə" aramda çox ortaq yön tapdım

  • Nermin Husseinделится впечатлением9 лет назад

    Klassikler,sizi sevirem

  • Hümbətova ülkərделится впечатлением7 лет назад
    🎯Worthwhile

    Əvvəlcə deyim Tərcüməni sevmədim...
    Kitabın özü isə maraqlıdı illər öncəki sevgilər və edilən hərəkətlər bu günkülərlə eyni heç nə dəyişmiyib.. İnsan hisləri gizəm dolu nə vaxt nə edəcəyini insan özü belə bəzən dərk edə bilmir. Sonluqda həm sevinc həm kədər. Biri xoşbəxt olduqda digəri mütləq gözü yaşlı qalır. Kitablar belə xoşbəxt sonluqla bitmir.

  • aygulделится впечатлением5 лет назад
    👍Worth reading
    🐼Fluffy

    Dostoyevski əfsanəsi💙

  • b5451999408делится впечатлением2 года назад

    Səma elə ulduzlu, elə parlaq idi ki, ona baxan qeyri-ixtiyari öz-özünə bu sualı verərdi: “Doğrudanmı belə bir səma altında müxtəlif xasiyyətli, acıqlı və şıltaq insanlar yaşayır?”

  • Nargiz Kulievaделится впечатлением2 года назад
    👍Worth reading
    🔮Hidden Depths
    💡Learnt A Lot
    💞Loved Up
    🐼Fluffy

    Bəlkə bundan ötrü yaranmışdı o,
    Bütün həyatında yalnız bircə dəm
    Olaydı qəlbinə ən yaxın həmdəm!...

    Gözəl bir gecə idi, elə gecə ki, sevimli oxucum, belə gecələri biz ancaq gəncliyimizdə hiss edə bilərik.

fb2epub
Перетащите файлы сюда, не более 5 за один раз