Adamlar rejimi gözləyirlər, parik geyirlər, saatlarla kosmetik kabinetlərdə, yaxud gimnastika zallarında otururlar, bədənlərinin üstünlüklərini göstərən, çatışmazlıqlarını gizlədən paltarlar geyinirlər, qığılcım saçmağa cəhd göstərirlər – nə olsun? Axırda yatağa girirlər, bu da cəmi on bir dəqiqə çəkir. On bir dəqiqə – vəssalam. Göylərə qaldıran heç nə yoxdu – sönən alovusa heç nəylə alovlandırmaq olmaz.