bookmate game
az
Stendal

Qırmızı və Qara

Сообщить о появлении
Загрузите файл EPUB или FB2 на Букмейт — и начинайте читать книгу бесплатно. Как загрузить книгу?
“Qırmızı və Qara” romanı XIX əsr fransız ədəbiyyatının görkəmli nümayəndəsi, psixoloji realizm janrının banilərindən biri olan Stendalın (əsl adı Mari-Anri-Beyl – 1783–1842) yaradıcılığının zirvəsi hesab edilir. Romandakı hadisələr 1830-cu il Fransa inqilabından sonrakı dövrdə cərəyan edir. Əsərin qəhrəmanı Jülyen Sorel kilsə xadimi olmaq istəyən savadlı, şöhrətpərəst bir gəncdir. Əslində, o heç Allahın varlığına da inanmır, din onun üçün sadəcə olaraq, karyera vasitəsidir. Jülyen ürəyində Napoleona rəğbət bəsləyir və belə hesab edir ki, əgər onun vaxtında doğulsaydı daha yüksək mənsəbə çata bilərdi. İndisə zəmanə dəyişdiyinə, cəmiyyətdə üstün mövqelərə nail olmağın yolu yalan və riyakarlıqdan keçdiyinə görə gənc din xadimi yeni oyun qaydalarını məmnuniyyətlə qəbul edir, bu yolda qanlı cinayət törətməkdən belə çəkinməyərək həyatını faciəli sonluqla başa vurur. Müəllif mənsəb hərisliyiylə daxili qüruru və eqosu arasındakı ziddiyyətlər içində çabalayan qəh­rə­manının həm romantik sevgi hisslərini, həm ehtiraslı eşq səhnələrinin ruhi-cismani incəliklərini ustalıqla təsvir edir, həm də sosial münasibətlər sferasında cəmiyyəti bürüyən meş­şanlıq, şəxsiyyətin deqredasiyası kimi mühüm ictimai problemlərin kökünü mahir bir psixoloq kimi açır və sonadək oxucunu öz cazibədar təhkiyəsinin ovsunu altında saxlayır.
Эта книга сейчас недоступна
653 бумажные страницы
Правообладатель
Qanun Nəşriyyatı
Уже прочитали? Что скажете?
👍👎

Впечатления

  • Azər Əlizadəделится впечатлением6 лет назад
    💞Loved Up

    15-18 yaşlı yeniyetmələrin həyatı daha yaxşı anlaması üçün olan bir klassik əsərdir.

  • Vusala Mammadovaделится впечатлением9 лет назад
    🔮Hidden Depths
    🎯Worthwhile

Цитаты

  • Nərgis Məmmədliцитирует7 лет назад
    O, bütün gecəni gözünü qırpmadı – xoşbəxtlik onu yatmağa qoymurdu.
  • Xuraman Memmedovaцитирует4 года назад
    Xanım Renal bütün gecəni bir an da olsun gözünü qırpmadı. Ona elə gəlirdi ki, bu vaxta qədər hədər yaşayıb. O, axşam Jülyenin ehtiraslı öpüşlərini, əlində hiss elədiyi o sehrli, şirin həzzi xəyalən dəfələrlə yaşayırdı.
    Qəfildən ağlına gələn qorxunc söz onun xoşbəxtliyini zəhərlədi: həzz. Sevgi haqqında təsəvvürlərə qatılacaq ən iyrənc, ən alçaq ən əxlaqsız şeylər gözünün qarşısına gəldi. Bu təsəvvürlər Jülyenin və onun sevgisinin zərif, gözəl xəyalını çirkləndirməyə çalışırdı. Gələcək gözlərinə ən qara rənglərdə göründü. O artıq insanların ona necə nifrət elədiyini görürdü.
  • Xuraman Memmedovaцитирует5 лет назад
    Nüfuz! Cənab, necə düşünürsünüz, bunlar boş şeylərdi? Axmaqların hörməti, ağzını ayırıb baxan uşaq-muşağın gözlərindəki məftunluq, varlıların həsədi, müdrikin yuxarıdan həqarətlə baxmağı.

На полках

fb2epub
Перетащите файлы сюда, не более 5 за один раз