az
Моllа Nəsrəddin lətifələri

Моllа Nəsrəddin lətifələri

Сообщить о появлении
Загрузите файл EPUB или FB2 на Букмейт — и начинайте читать книгу бесплатно. Как загрузить книгу?
Molla Nəsrəddin müxtəlif ləhcələrdə danışan və bir-birindən minlərlə kilometr uzaqlarda yaşayan türklərin hamısı üçün doğma, başqa sözlə, özününküdür. Belə ki, Anadoluda məhəbbətlə onu Nəsrəddin Xoca, Azərbaycanda Molla Nəsrəddin, Orta Asiyada — Türküstanda Xoca Nəsrəddin adlandırırlar. O, elə əfsanəviləşib ki, özbək onun Özbəkistanda, qazax Qazaxıstanda, tatar Tatarıstanda, türkmən Türkmənistanda, azərbaycanlılar Azərbaycanda anadan olduğunu güman edir. Əslində Molla Nəsrəddin həm azərbaycanlı, həm özbəkistanlı, həm anadolulu, həm tatarıstanlıdır. Yəni harada türk yaşayırsa o da oralıdır. Nə qədər adı mifik bir şəxs kimi çəkilsə də, o, güldürərkən düşündürən və türk mədəniyyətinin tarixinə adını əbədi həkk etdirən bir şəxsiyyətdir. Onun dodaq qaçıran hər lətifəsində dərin bir məntiq var.
Эта книга сейчас недоступна
255 бумажных страниц
Правообладатель
Qanun Nəşriyyatı
Уже прочитали? Что скажете?
👍👎

Впечатления

  • DAMRUSделится впечатлением2 года назад

    Çox maraqlı,gülməli və düşündürücü kitabdır. Hamıya tövsiyə edirəm. Çox sağol bookmate. Amma yeni kitablar gəlsə daha yaxşı olar. Macəra kitabı bilən varsa yazsın.

  • b8782055143делится впечатлением3 года назад

    Öldüm gülməkdən

  • Cemil Alımovделится впечатлением2 года назад

    Molla Nəsrəddin klassik Azərbaycan ədəbiyyatının gülüş,yumor səhifəsidir.

Цитаты

  • Gulshan Jabiцитирует2 года назад
    Bir məclisdə özünü alim göstərən dərvişlərdən biri ilə Mollanın mübahisəsi düşür. Molla Nəsrəddin gündə bir fırıldaqla camaatı aldadan bu dərvişi hər tərəfdən bağlayır və onun tamam yalançı, savadsız bir adam olduğunu sübut eləyir. Dərviş işi belə görüb Molla Nəsrəddini pərt eləmək üçün deyir:

    – Sən, barı danışma! Sənin ki, bu dünyada əlindən heç bir iş gəlmir.

    Molla deyir:

    – Düz deyirsən. Sənin əlindən gələn işlər mənim əlimdən gəlməz. Ancaq məni hamı tanıyır, gəlsənə bir sən də özünü nişan verəsən, görək kimsən, nəçisən?

    Dərviş deyir:

    – Mən övliyayam. Mən hər gecə bu aləmdən, bu günahkarlar dünyasından çıxıb göylərə uçuram.

    Molla Nəsrəddin özünü tamamilə inanmış kimi göstərərək soruşur:

    – Yaxşı, heç dördüncü göyə gedibsənmi?

    Dərviş lovğa-lovğa deyir:

    – Getmişəm, özü də bir dəfə yox, çox dəfə getmişəm.

    Molla yenə də inanmış adam kimi soruşur:

    – Heç orada uçanda dodaqlarına yumşaq bir şeyin dəydiyini hiss edibsənmi?

    Dərviş Mollanı üstələdiyini görüb, tez “bəli, bəli!” deyə cavab verir.

    Molla Nəsrəddin camaata göz basıb dərvişə deyir:

    – Hə, bax, o, bizim eşşəyin quyruğudur.
  • Gulshan Jabiцитирует3 года назад
    BİLMƏK VƏ BİLMƏMƏK

    Günlərin birində Molla məscidə gəlir. Çıxıb minbərdə oturur ki:

    Camaat, kimin nə sualı var, versin mənə, alsın cavabını. Adamlar başlayırlar sual verməyə. Ancaq hər kim nə sual verirsə Molla deyir:

    – Bunu bilmirəm.

    Axırda birisi hirslənib deyir:

    – Bilmirsən, bəs niyə dırmaşıbsan oraya? Heç olmazsa onu da bilmirsən ki, bilməyən yuxarı dırmaşmaz?

    Molla deyir:

    – Mən bildiyim qədər dırmaşmışam. Başqaları kimi bilmədiyim qədər dırmaşsaydım, indi buludlarda gəzirdim.
  • Gulshan Jabiцитирует3 года назад
    EŞİTDİN, GET!

    Gündə bir qarın yeməyə möhtac olan yoxsullardan biri, bir parça çörək tapıb aşpaz dükanının yanına gəlir. Bütün ömründə xörək yeməyən bu yazıq uzaqdan aşpazın bişirdiyi kababa baxır, çörəyi ağzına qoyub yeyir. Demə, aşpaz buna göz qoyurmuş. Kişi çörəyini yeyib qurtarır, getmək istəyəndə aşpaz tutur yaxasından ki:

    – Ver kababın pulunu!

    Kişi başlayır yalvarmağa ki:

    – Ay başına dönüm, mən nə vaxt sənin kababmı yedim ki, pulunu da verəm.

    Aşpaz əl çəkmir ki:

    – Yox, sən kababa baxıb çörəyini yeyirdin. Gərək pulunu verəsən.

    Kişi nə qədər yalvarırsa, olmur. Aşpaz onun yaxasından əl çəkməyib axırda tutub qazının yanına aparır. Bu zaman Molla da bir məsələ üçün qazının yanında imiş. Qazı bunların məsələsinə qulaq asır, sonra üzünü Mollaya tutub deyir:

    – Molla, bu məsələni həll eləmək mənim işim deyil. Yenə sən həll eləyə bilərsən.

    Molla aşpaza deyir:

    – O kişi ki, sənin xörəyini yeməyib, sən ondan nə pul istəyirsən?

    Aşpaz deyir:

    – Gözü ilə baxıb, burnu ilə də qoxusunu çəkib. Mən ondan bu haqqı istəyirəm.

    Molla deyir:

    – Haqlısan, qardaş! Gərək verə.

    Aşpaz bunu eşidib başlayır sevinməyə ki, indi Molla yoxsuldan pul alıb, verəcək ona. Molla öz cibindən bir kisə pul çıxarıb aşpazın qulağının dibində silkələyir. Soruşur:

    – Eşitdin?

    Aşpaz soruşur:

    – Nəyi?

    Molla deyir:

    – Pulların səsini.

    Aşpaz deyir:

    – Eşitdim, nə olsun?

    Molla deyir:

    – Demək ki, haqqını aldın. Di yeri, çıx get!

    Aşpaz hirslənir ki:

    – Hanı? Mən nə haqq aldım?

    Molla deyir:

    – O, kababı gözü ilə görüb, burnu ilə qoxulamışdı. Sən də pul kisəsini gözünlə gördün, pulun da səsini qulağınla eşitdin. Sənə çatası haqq ancaq bu ola bilər.

На полках

fb2epub
Перетащите файлы сюда, не более 5 за один раз