az
Alber Kamü

Taun

Сообщить о появлении
Загрузите файл EPUB или FB2 на Букмейт — и начинайте читать книгу бесплатно. Как загрузить книгу?
  • Elmin Seyfəddinliцитирует7 лет назад
    Hər hansı bir şəhərin həyatı ilə maraqlananda gərək orada adamların necə işləməsini, necə sevməsini və necə ölməsini öyrənəsən.
  • Şəfiqə Babayevaцитирует8 лет назад
    Əgər o hər şeyə qadir olan bir allaha inanmış olsa, xəstələri müalicə etməz və onları allahın ixtiyarına verərdi.
  • Aynurə Əhmədovaцитирует6 лет назад
    Hər hansı bir şəhərin həyatı ilə maraqlananda gərək orada adamların necə işləməsini, necə sevməsini və necə ölməsini öyrənəsən.
  • M.Vəlizadəцитирует6 лет назад
    Tənhalığa düşmüşlərin halına kim yanacaqdı axı?
  • Şəbnəmцитирует7 лет назад
    Onlar bilmirlər ki, taun mikrobu nə ölür, nə də yoxa çıxır. Bu mikroblar on illər boyu ev döşənəcəyi və mitil arasında yuxulayıb yata bilər, otaqda, zirzəmidə, bağlamada, yaylıqda, kağız üstündə gizlənib səbirlə gözləyər və ola bilsin ki, günlərin birində insanlara bəla və dərs vermək üçün oyanar, xoşbəxt bir şəhərin siçovullarını qırmağa başlar.
  • b8468989854цитирует2 года назад
    Varlanmağa ümidi qalmayan kasıblar çox işləyir, axşamlar yorğun olur, masa arxasında mürgü vururlar. Belə vəziyyətdə ehtiras da sönür. Yəqin ki, Janna əzab çəkib, amma bir söz deməyib, bəzən adam çəkdiyi əzabdan da xəbərsiz olur. Beləcə illər keçib. Sonra Janna çıxıb gedib. Məlum məsələdir ki, tək getməyibmiş. “Səni sevirdim, amma daha təngə gəlmişəm... Elə bilmə ki, xoşbəxt həyat arxasınca qaçıram. Yeni bir həyata başlamaq üçün xoşbəxt olmaq vacib deyil”. Bəli, Jannanın ona yazdığı məktubun məzmunu belə idi.
  • b8468989854цитирует2 года назад
    “Eh, ay həkim, ən böyük arzum fikrimi söyləməyi öyrənməkdir”.
  • b8468989854цитирует2 года назад
    Lükresin söylədiyinə görə, bir vaxtlar xəstəliyə tutulmuş afinalılar dəniz kənarında iri tonqallar qalayırlarmış. Adamlar gecə vaxtı meyitləri tonqalların yanına gətirir, öz ölüsünə yer tapmayanlar məşəl döyüşünə girişir, əzizlərinin cəsədlərini çölə atmaqdan qanlı vuruşa girişməyi üstün tuturlarmış. Sakit və qaranlıq suların sahilində iri tonqalların qırmızı alovunu, məşəl döyüşündən gecənin qaranlığına yayılan qığılcımları, sakit səmaya ucalan qalın, zəhərli tüstü burumlarını təsəvvürə gətirmək olur. Bu mənzərədən qorxmağına dəyirdi...
  • b8468989854цитирует2 года назад
    . Axı nə biləydilər ki, gələcəyi, səfərləri, mübahisələri yoxa çıxaran bir taun da var? Onlar özlərini azad sayırdılar, amma nə qədər ki, bəlalar var, heç kəs, heç vaxt azad olmayacaq.
  • b8468989854цитирует2 года назад
    Doğrudan da bəla elə bir şeydir ki, hamının başına gələ bilər, amma, bəla başının üstünü alanda belə, adam onun varlığına inana bilmir. Dünyada müharibələrin sayı qədər taun xəstəliyi olub. Taun da, müharibə də adamları həmişə qəfildən yaxalayır. Həkim Ryö də, bütün şəhər əhalisi kimi, qəfil yaxalanmışdı və onun şübhələrinə səbəb də elə bu cəhət idi. Həkim nigarançılıqla ümid arasında qalmışdı. Müharibə baş verəndə camaat belə deyir: “Uzun çəkməz, axmaq işdir”. Şübhə yox ki, müharibə axmaq işdir, axmaq iş olsa da, uzanıb gedir. Axmaq iş həmişə uzanır və bunu tək özünü fikirləşməyənlər daha yaxşı duyurlar. Bizim şəhərin camaatı da bu mənada başqalarına bənzəyirdi, ancaq özlərini fikirləşirdilər. Onlar bəlanın mövcudluğuna inanmırdılar. Bəlanı insan təyin etmir və adam fikirləşir ki, o mücərrəd bir məfhumdur, qorxulu yuxu kimi bir şeydir və keçib gedəcək. Lakin bəla həmişə keçib getmir, qorxulu yuxular biri-birini əvəz edir və keçib gedən adamlar olur.
fb2epub
Перетащите файлы сюда, не более 5 за один раз