az
Alber Kamü

Taun

Сообщить о появлении
Загрузите файл EPUB или FB2 на Букмейт — и начинайте читать книгу бесплатно. Как загрузить книгу?
  • Emil Azizovделится впечатлением6 лет назад

    - Alber Kamü " Taun "

    Bu yazıçıdan oxuduğum ilk romandır. Yazıçının fəlsəfi baxışlarını açan əsas əsərlərindən biridir. " Taun " müharibədən sonra 1947-ci ildə qələmə alınıb. Bu dövrdə müharibə fəlakətləri, müharibənin insan taleyini yerlə yeksan etməsi yazıçını dərindən düşündürürdü. Romanın əvvəlində ilk abzasları diqqətlə oxusaq, Oran şəhərinin ruhsuz bir yaylanın ortasındakı tənhalığın, hər bir nöqtəsi ilə həyatın burada can verdiyinin şahidi olarıq. Əsərdəki hadisələr taunun geniş şəkildə yayıldığı Oran şəhərində cərəyan edir. Əsərin əsas qəhrəmanlarından biri olan Həkim Bernar Ryö taunu bir pislik olaraq qəbul edir və pisliyə qarşı mübarizə aparmalı olduğuna inanır. İnsanları sevir, onlara kömək etməyə çalışır. Oran şəhərinin sakinləri kiçikdən böyüyə kimi ölümcül dərəcədə təhlükəli tale qarşısındadırlar. Şəhərdən çıxış qadağan edilir, burada hamı qurbandır, infeksiya fərq qoymadan hamının, oğrunun, caninin, uşaq və qocanın canına yoluxur. Burada söhbət şəxsiyyətin mühitlə toqquşmasından, haqlı və ya haqsız adamların qanlı mübarizəsindən yox, ucdantutma hamının taunla üz-üzə gəlməsindən və ölümə məhkumluğundan gedir. Yazıçı " Taun " üzərində işləyərkən gündəliyində aşağıdakı qeydləri aparmışdı: " Taunun köməyi ilə dünyanın hamımızın qarşılaşdığı boğucu atmosferini vermək istəyirəm. Eyni zamanda bu şərhi bütövlükdə mövcudluğa şamil etmək istəyirəm. Bu anlamda " Taun " azad olmaq istədiyinə görə insan " ədalət mühakiməsi " adına qətlə yetirilirsə, buna görə də bütöv bir şəhər bəlaya düçar olmalıdır.

  • Elmin Seyfəddinliделится впечатлением7 лет назад
    👍Worth reading
    💡Learnt A Lot

    Taunun əsir etdiyi bir şəhərdə çarəsiz, yaxınlarından ayrı qalmış, qəlblərindəki son ümid işığı sönmüş insanlar haqqında bir hekayə.
    Tarunun bu ifadəsi məni düşündürdü:”Hər birimiz taunlu xəstələrik. İnsanlara əzab verən, həyatlarını əlindən alan hər kəs taun xəstəsidir”.

  • M.Vəlizadəделится впечатлением6 лет назад

    Əhvalat kimi maraqlı idi hadisələr,lakin ağır oxunurdu. Boş cümlələr çox idi.

  • Şəfiqə Babayevaделится впечатлением8 лет назад
    🔮Hidden Depths

  • Vusala Mammadovaделится впечатлением9 лет назад
    👍Worth reading
    🔮Hidden Depths
    🎯Worthwhile

  • Novruzделится впечатлением4 года назад
    👍Worth reading

fb2epub
Перетащите файлы сюда, не более 5 за один раз