«Hacı əfəndi, Siz bizdən qeyri-türklə evlənməyəcəyimizə dair imza aldınız. Amma ölkəmizdəki məktəblərdə təhsil alan türk qızı yoxdu. Onda ziyalı və təhsilli kimsənin cahil qızla evlənməsi bilmirəm, nə dərəcədə düzgündü?» Sual Hacının ağlına batır, deyir: «Övladım, çox doğru söyləyirsən, əmin olun ki, bu nöqsanımızı da aradan qaldıracağam». Ertəsi gün Qafqazda nəşr olunan bütün qəzetlərdə Hacının aşağıdakı məzmunda elanı çıxır: «Qafqaz türklərinin yeddi-səkkiz yaşları arasındakı qız uşaqlarını aşağıdakı şərtlərlə internat məktəbinə qəbul edirəm. Bu qız uşaqları on il təhsil alandan sonra öz qızlarım kimi onları evləndirib, gələcək həyatlarını təmin edəcəyəm. İmza: Hacı Zeynalabdin.»