Macar alimləri L.Beladi və T.Krausun 1988-ci ildə nəşr olunmuş tarixi oçerki İosif Vissarionoviç Stalinə həsr olunub. Müəlliflər çoxsaylı qərb və Sovet mənbələrindən, sənədlərdən, tədqiqat materiallarından, publisistik və bədii ədəbiyyatdan istifadə ediblər. Kitabda yer almış müddəaların hamısı mübahisəsiz qəbul oluna bilməz. Lakin Stalinin adı ilə əlaqədar Sovet İttifaqının ən mürəkkəb və drammatik dövrünün tərəfsiz dəyərləndirilməsi ilə tanışlıq oxuculara maraqlı olar. Kitab geniş oxucu çevrəsi üçün nəzərdə tutulub.