az
Lev Tolstoy

Kreyser sonatası Povestlər

Сообщить о появлении
Загрузите файл EPUB или FB2 на Букмейт — и начинайте читать книгу бесплатно. Как загрузить книгу?
  • Vusala Mammadovaцитирует7 лет назад
    Axı pozğunluq heç də fiziki hal deyil, axı heç bir fiziki eybəcərlik əxlaqsızlıq deyil; əxlaqsızlıq, əsl pozğunluq — fiziki əlaqədə olduğun qadın barədə bütün mənəvi-əxlaqi münasibətlərdən özünü azad etməkdədir
  • Elmin Seyfəddinliцитирует8 лет назад
    Əgər arvadım əsl heyvan olsaydı, belə əzab çəkməzdi; yox, əgər əsl insan olsaydı, onda allaha inanardı və əsl allah adamı olan kənd arvadları kimi danışar, onlar kimi düşünərdi: «Allah özü vermişdi, özü də aldı əlimdən, allahın əmrindən qaçmaq olmaz». Arvadım allaha inansaydı, fikirləşərdi ki, adamların və eləcə də onların uşaqlarının həyatı insanların ixtiyarında deyil, yalnız allahın əmrindən asılıdır və onda uşaqlarının xəstələnməsi və ya ölməsinin qarşısını ala biləcəyini düşünməz, əzab çəkməzdi, o isə bunu eləmədi.
  • Vusala Mammadovaцитирует7 лет назад
    Zənnimcə o vaxt da, indi də, həmişə və hər yerdə kübar cəmiyyət dörd növ adamlardan ibarət olmuşdur: 1) varlılardan və saray adamlarından; 2) varlı olmayan, amma sarayda doğulub boya-başa çatan adamlardan; 3) saray adamlarını təqlid edən, özlərini onlara oxşadan varlılardan və 4) həm varlıları, həm də saray adamlarını təqlid edənlərdən
  • Elmin Seyfəddinliцитирует8 лет назад
    Abid ona izah eləyirdi ki, qəzəblənməyinin səbəbi — mənəvi şan-şöhrətdən, rütbələrdən allah naminə yox, təkəbbürlüyündən imtina eləməsidir, yəni, baxın, görün, heç nəyə ehtiyacım yoxdur.
  • Kərəm İsmayılovцитирует5 лет назад
    Necə ki, papirosçəkən, morfinist, əyyaş normal adam deyil, öz ehtirasını söndürmək üçün bir neçə qadınla bir yastığa baş qoymuş gənc də, kişi də artıq normal adam deyil, həmişəlik korlanmış adamdır — pozğundur.
  • Kərəm İsmayılovцитирует5 лет назад
    «Mən isə sizə deyirəm, o kəs ki qadına tamah salır, ona ehtirasla baxır, o adam artıq öz qəlbində zinakarlıq etmiş olur»

    (Matfey V, 28)
    «Şagirdləri ona deyirlər: bir halda ki, kişinin öz arvadı qarşısında vəzifəsi bundan ibarətdir, onda ən yaxşısı evlənməkdir.

    O isə şagirdlərinə belə cavab verdi: bu vəzifəni dərk etmək hər kişinin işi deyil, təktək adamlar bacararlar bunu.

    Elə xədimlər var ki, analarının bətnindən bu vəziyyətdə doğulublar, amma elələri də var ki, o dünyaya üzüağ getmək üçün özlərin xədim eləyiblər. Deməli, kim bacarırsa, yerinə yetirir borcunu»

    (Matfey XIX, 10, 11, 12)
  • Vusala Mammadovaцитирует7 лет назад
    Bədbəxt adamlar şəhərdə yaxşı yaşayırlar. Adam şəhərdə yüz il yaşayıb heç dərk də eləməz ki, çoxdan ölüb, lap sümükləri də çürüyüb. Özün haqda düşünməyə vaxt tapmırsan, həmişə başın qarışıq olur. İş, cəmiyyətdəki münasibətlər, səhhət məsələsi, incəsənət, uşaqların sağlamlığı, oxumaq qayğıları. Gah onu-bunu qəbul eləməlisən, tanış-bilişin evinə getməlisən; gah da filan şeyə baxmalısan, filankəsi dinləməlisən. Axı şəhərdə həmişə bir, iki, bəzən də bir neçə səs-küy salan konsert, sərgi, müsamirə olur ki, bunları da heç cür buraxmaq olmaz. Sonra da ki, gah özünü müalicə elətdirməlisən, gah uşaqları, gah da müəllimlə, repetitorlarla, mürəbbiyələrlə görüşməli, söhbət eləməlisən, ömürgün isə boş-boşuna keçib gedir.
  • Vusala Mammadovaцитирует7 лет назад
    Hamısı boş sözdür; qadınların təhsili cəmiyyətimizdə bu zərif məxluqlara əsl münasibət necədirsə, bax, həmin münasibətə uyğun təşkil olunmalıdır.
    Qadınların təhsili həmişə kişilərin onlara münasibətinə uyğun gələcək. Kişinin qadına necə münasibət bəslədiyini hamımız bilirik
  • Elmin Seyfəddinliцитирует8 лет назад
    Qısqanclara əzab verən ən dəhşətli şey (bizim cəmiyyətin bütün üzvləri qısqancdırlar) — kişi ilə qadının təhlükəli dərəcədə yaxınlaşmasına imkan yaradan kübar ədəb qaydalarıdır. Arvadının balda kişilərlə yaxınlaşmasına, həkimlərin öz xəstələriylə yaxınlığına, incəsənət, xüsusilə musiqi məşğələləri zamanı yaranan yaxınlığa mane olmaq istəsən, özünü gülünc vəziyyətdə qoyarsan.
  • Elmin Seyfəddinliцитирует8 лет назад
    Musiqi məni o saat müəllifin həmin əsəri bəstələyəndə keçirdiyi vəziyyətə salır, həmin aləmə aparır. Mən musiqiyə qovuşub, onunla birlikdə bir vəziyyətdən başqasına, bir aləmdən o birinə düşürəm, amma bunun nə üçün, nədən olduğunu bilmirəm. Axı, bəstəkar, məsələn, elə Kreyser sonatasının müəllifi Bethoven həmin vəziyyətə, həmin aləmə nə üçün düşdüyünü bilirdi, — həmin vəziyyət onun hansı əməllərinəsə səbəb olub və buna görə də onun üçün mənası varmış, mənimçün isə heç bir mənası yoxdur.
fb2epub
Перетащите файлы сюда, не более 5 за один раз