Kitab 27 yaşlı Luiza Klarkın həyatından, sevdiyi insana
sədaqətindən bəhs edir. Sevdiyi insanın — Uill Treynorun
intiharından sonra Luiza onu unutmağa çalışsa da bacarmır.
Xarici ölkələrə səyahət edir, müxtəlif adamlarla tanış
olur, ancaq onu unuda bilmir…
Lakin Luiza bir vaxtlar Uillə söz vermişdi ki, yaşamağa
davam
edəcək. Əgər o, verdiyi sözə əməl etmək istəyirsə,
cəhd etməlidir.
Görəsən, bundan sonra yenə o, kimisə sevəcəkmi?
Luizanın bildiyi tək bir şey var: həyatında nəyisə dəyişməlidir.
Bir axşam bu dəyişiklik baş verir…