Hörmətli insan, cəbhəçi, bədbəxt hadisə nəticəsində həlak olan atasının ölümündən sonra maliyyəçi Anatoli Qudniçenko bir sıra qəribə hadisələrin şahidi olur. Əvvəlcə, irsən ona qalmış bağ evlərində naməlum adamlar peyda olur, hər şeyin altını üstünə çevirir, atasının maşınını eybəcər hala salırlar. Sonra kimlərsə Anatolinin anasını oğurlayaraq əvəzində heç nə aydınlaşdırmadan, nəsə çox qiymətli bir şey tələb edirlər. Sonra qəfildən girovu azad edirlər… Bütün bu hadisələri təhlil edərkən Qudniçenko birdən atasının ölümündən az əvvəl verdiyi başqa bir bağ evinin açarını xatırlayır. Bütün evi ələk-vələk edən Anatoli on milyonlarla dollarların saxlandığı xəzinə tapır. Həmin dəqiqədən də onun həyatı tam dəyişir — tapılmış pullar Qudniçenkonun taleyini tanınmaz dərəcədə eybəcərləşdirir…