Yaşlılar özləri heç vaxt bir şey başa düşmürlər, uşaqları isə elə hey hər şeyi onlara başa salmaq yorur.
Mir Aliцитирует9 лет назад
Səhər durdun, əl-üzünü yudun, özünü qaydaya saldın, dərhal planetini qaydaya sal.
Mir Aliцитирует9 лет назад
Əgər sən özünü düzgün mühakimə etməyi bacarırsansa, deməli, sən həqiqətən müdrik adamsan.
Xuraman Memmedovaцитирует9 лет назад
Güllər zəifdir, sadə qəlblidir. Onlar özlərini cəsur göstərmək istəyirlər. Onlar düşünürlər – tikanları olsa, hamı onlardan qorxar...
b9248200117цитирует9 лет назад
– Günəş də qürub edəcəkdir. Mən günəşin qürubunu tələb edirəm. Lakin əvvəlcə əlverişli şərait gözləyəcəyəm, zira hökmdarın müdrikliyi də bundadır.
Niniцитирует6 лет назад
Bilirsən... Ürəyin çox dolanda, günəşin batmasına tamaşa etmək yaxşı olur...
Mir Aliцитирует9 лет назад
Özünü mühakimə etmək başqalarını mühakimə etməkdən qat-qat ağırdır.
Mir Aliцитирует9 лет назад
Əgər sənin yalanını belə asanlıqla tuta bilərlərsə, yalan danışmaq səfehlikdir.
Xuraman Memmedovaцитирует9 лет назад
Əgər quzu kolu yeyirsə, o gülü də yeyər? – Qabağına keçən hər şeyi yeyər. – Tikanlı gülləri də? – Bəli, tikanlı gülləri də. – Bəs onda tikan nəyə lazımmış?
Mir Aliцитирует9 лет назад
Əgər mən kəpənəklərlə tanış olmaq istəyirəmsə, iki-üç tırtıla dözməliyəm.