Balaca Şahzadə beyni, ürəyi açıb ordakı ən təmiz yerə sevdiyimiz insanları qoyduğumuz yerə qoyulasıdır. Aşiq olan kəs qədər həyəcanlandırdı, sevdiyi şəxsi xatırlayanda sevincindən gözləri dolan kəs qədər kövrəltdi. Tanışlığımıza şadam, Balaca Şahzadə!
Əgər sən
günortadan sonra saat dörddə gələcəksənsə, mən saat üçdən özümü xoşbəxt hiss etməyə
başlayacağam. Vaxt yaxınlaşdıqca mən özümü daha da xoşbəxt sayacam. Saat dörddə, mən
artıq həyəcanlanmağa və narahat olmağa başlayacağam; mən xoşbəxtliyin dəyərini anlayacam!
Amma sən müxtəlif saatlarda, istədiyin vaxt gəlsən, onda mən bilməyəcəm ki, ürəyimi xoşbəxtliyin hansi anına sazlayım, hansı vaxtına kökləyim... Onu mərasim kimi keçirmək lazimdir.
Super. Heçkim düşünməsi ki bu kitab uşaqlar üçün yazılıb. Çünki kitab tam fərqli mənanı daşıyır.
Çox maraqlı kitabdı hər kəsə töfsiyə edirəm👍
Güllər zəifdir, sadə qəlblidir. Onlar özlərini cəsur göstərmək istəyirlər. Onlar düşünürlər – tikanları olsa, hamı onlardan qorxar...
Gözəl kitabdır. Tərcümə daha da yaxşı ola bilərdi. Hər yaş qrupunun oxuması üçündür.
Tülkü məsələsi belə olur axı sonu fəlakətdir.
Tərcüməsini bəyənmədim, kitabı tam hiss etmədim. Məncə söz sözə tərcümə olunmasaydı, eyni məna daşıyan, amma daha uyğun cümlələr ilə yazılan tərcümə olsaydı, daha marağlı olardı.
Amma kitabın özü çox gözəldir, sözlər düşündürür, həyatı göstərir.
Məncə bu kitabı hər kəs həyatında heç olmasa bir dəfə oxumalıdır.
"Böyük adamlar doğrudan da qəribə olurlar " deyən şahzadədir.
Uşaqlar üçün yazildiği deyilsədə fəlsəfi anlamlara görə uşaq ədəbiyyatı hesab olunmur eslinde. Tülkü ilə şahzadənin dostlaşmasi zamani yaranan dialoq isə mənə görə əsərin ən maraqlı hissəsidir -"Gözlər kordur insan yalniz ürəyilə baxdıqda həqiqəti görə bilər "
Bundan əlavə fəlsəfəyə girişdə ilk oxunması gərəkən kitabdır..
Senin gülünün digərlərindən fərqli edən ona ayırdıgın vaxtıdır..1 il olar oxuduğum kitab yenidən oxumaq ümidi ilə