Minlərlə adam sizdən yaxşı yaşaya bildiyi halda, heyvan kimi yaşayır, hələ bir öyünür də: nə yaxşı yaşayıram! Ancaq bunun yaxşılığı harasındadır ki, bu gün adam işləyib qarnını doyuzdurdu, sabah da işləyib qarnını doyuzdurdu, bütün illəri belə işləyir, yeyir. Arada da oğul-uşaq törədib qabaqca bu uşaqlarla əylənir, sonra onların da çox yediyini görüb, acıqlanmağa başlayır, söyür: – a qarnı yırtılmışlar, tez böyüyün, işləmək lazımdır! Hələ öz övladını ev heyvanına döndərməyə çalışır, ancaq övlad da böyüyən kimi öz qarnı üçün işləməyə başlayır, elə bu cür də ömür keçir, dünya dolanır! Adam ona deyərlər ki, ağlı bağlayan zəncirləri qırsın. İndi siz də öz qüvvənizə görə bu işdən yapışmısınız.