Lakin başqa bir mərhəmət də var – əsl mərhəmət; bu mərhəmət sentimental həyəcanlar deyil, fəaliyyət tələb edir; belə mərhəməti olan adam nə istədiyini bilir, özü də iztirab çəkə-çəkə, şəfqət göstərə-göstərə insan qüvvəsi müqabilində və hətta bundan da çox iş görməyə hazırdır. Əgər sən axıracan, ən acı aqibətə qədər belə mübarizə aparmağa hazırsansa, üstəlik, böyük səbrin varsa, yalnız bu zaman insanlara həqiqətən kömək etməyi bacararsan. Yalnız özünü qurban verdiyin vaxt, yalnız və yalnız bu zaman fayda verə bilərsən!..