Salam xanim bilmirsiz burdaki kitablar hamisi odenislidi
Üslubu və dili asan olsa da mənə nəsə qatdığını deyə bilmərəm.
Spoiler verməyəcəm) Əgər həddən artıq boş vaxtiniz varsa, əldə qalan tək kitab olaraq oxumaq olar..
Maraqlı kitab idi ama nobel mükafatını nəyə görə aldığını başa düşmədim. O qədər də "möhtəşəm" kitab deyil. Kitabın əsas mövzusu yaddaşını itirmiş bir insanın öz kimliyini axtarmasıdı.
Ela kitabdır birinci defedir bu hantda kitab bu qeder xoşuma geldi ????????????
Romanın axıcılığı çox gözəl idi. Şəxsən məni sıxmadı. Sujet xətti fərqli olduğu üçün daha çox marağımı çəkdi. Qeyd edim ki, roman 212 səhifədən ibarətdir. Amneziya xəstəliyinə tutulduqdan sonra adı tam bəlli olmayan Qay Roland adlandırılan şəxs agent kimi fəaliyyət göstərir və birgün məhz özü özünün, kimliyinin axtarışına çıxır... Kim olduğunu,harada yaşadığını qısacası keçmişi ilə bağlı heçnəyi xatırlamır. Axtarış boyunca bu şəxs haqqında ətraflı məlumat toplayır. Bəlkə də, bu şəxs elə onun özüdür. Əvvəlki adı Pedro Mkevoy olan bu şəxsin gənclik illərinin Deniz Kudrez, Freddi Hovard de Luz, Qay Orlou, Dede Vildmer, Skuffi, Rubiroza, Sonaşitze kimi tanışları da, onun öyrənmək istədiklərinin şahididirlər. Sonu daha aydın, daha fərqli ola bilərdi mənim fikrimcə. Amma ümumi bəyəndiyim, maraqla oxuduğum kitablardan biri oldu...
Yaşamaq üçün öyrənməliyik