“Salxım söyüdlərin kölgəsində” təkcə dostluq, müharibə və sürgünü deyil, insanların ömürlərini həsr etdikləri ideyaların puçluğunu, Stalinin bircə sərəncamıyla minlərlə insanı necə faciələrə düçar etməsini də gün üzünə çıxarır. Bu romanında Fırat Sunel özünəməxsus üslubla Qaf dağından bolşevik üsyanının başladığı Peterburqa, Rusiya vətəndaş müharibəsindən Svanetiyaya qədər Qafqazın və bütöv bölgənin maraqlı, gərgin, faciələrlə dolu həyatını, yerli əhalinin sevgi, macəra dolu həyatlarını, müharibənin və bolşevizmin regiona gətirdiyi fəsadları, iztirabları, ətraflarında baş verənlərin elə də fərqində olmayan kiçik Ömərlə Nikanın dostluğunu və sürgünün bu dostluğa necə son qoymasını qələmə alıb.