Ən yaxşı hekayələrdə böyük qələbələr haqqında deyil, parlaq məğlubiyyətlər barədə danışılır, – Step dedi. – Rual Amundsen Cənub qitəsini ilk kəşf edən olub, amma Norveçdən kənarda bütün dünya yalnız Robert Skottu xatırlayır. Napoleonun heç bir qələbəsi, onun Vaterloo yaxınlığında fantastik uğursuzluğu kimi insanların yadında qalmadı. Serblərin milli qüruru min üç yüz səksən doqquzuncu ildə Kosovo ətrafında türklərlə döyüşə əsaslanır – bu döyüşdə onları darmadağın etmişdilər. Siz İsaya baxın! Əgər o, bizi inandırdıqları kimi, necə deyərlər, ölümü ayağı altına salıb tapdalayıbsa, Məsihin simvolu onun qəbri üstündə əllərini göyə qaldırdığı təsvir olmalı idi. Lakin bunun əvəzində xristianlar həmişə parlaq məğlubiyyəti əks etdirən təsvirə üstünlük veriblər: o təslim olmağa hazır vəziyyətdə xaçdan asılıb.