Həyata baxışımı dəyişən kitablardan biri də Cek Londonun Martin İden romanıdır. Bu əsəri ilk dəfə 11 ci sinifdə oxumuşam. O vaxt əsər məni o qədər uzaqlara aparmışdı ki, kitabı oxuyub bitirməyə heyfim gəlirdi. İstəyirdim kitabdan aldığım ləzzət heç bitməsin. Ona görə də kitabı çalışırdım lap yavaş-yavaş oxuyum. Qəhrəmanla kövrəlirdim, sevinirdim.
Roman 21 yaşlı kasıb işçi, matros Martin İdenin həyatındakı hadisələrdən bəhs edir. Müəllif romanda şəxsi azadlıq, həyatın cürbəcür çətinlikləriylə mübarizə, məqsədə çatmaq və s. vacib məqamları böyük məharətlə əks etdirib. Elə səhnələr var ki, adam onların təxəyyüldən yarandığına inanmır, sanki hər şey yanında canlı-canlı baş verir.
Sonda əsərin qəhrəmanı Martin dünyanın çətinliklərinə sinə gərərək onları bir-bir dəf edir və bütün hədəflərinə çatır. Amma…
Sonda qeyd etmək istərdim ki, hər bir Azərbaycan gənci özünü bu kitabda asanlıqla tapa bilər. Çünki, əsərdə ictimai qınaq və onunla kəskin mübarizə var. Fərdin savaşı var.
Menasi derin kitabdir. Ama bezen oxuyanda sixildim eyni temalar cox tekrarlandiqi ucun
- ürəyinizdən keçən ən böyük arzu nədir?
Mariya təəccüblə ona baxdı.
- Yani məhz indi ən çox istədiyiniz nədir?
- Yeddi cüt ayaqqabı - uşaqlarım üçün.
Duzu evveli mene biraz cansixici geldi,persanajlari tesvir edende artiq sozlerin coxlugu adami bezdirirdi. Lakin eseri oxuduqca ondan elceke bilmirsen . Sevgi, hormet , insana deyerin pulla olculmesini cix gozel tesvir edib. . Mence insanin dunyaya baxisini yeniliyecey bir eserdi.
Martin İdenin xatırlatması "Bir gecə və bir gündüzdə 24 saat var"
Oxuyarkən bu sualı özümə verdim -"Bəs sənin üçün bir gündə neçə saat var"?
Kitabda Martinin əzimkarlığı çox təqdir ediləndir, ancaq təkrarlanan hadisələr zaman-zaman sıxıcı ola bilər.Hələ ki, Cek Londonun yazı dili ilə aranız elə yaxşı deyilsə:)
Hamıya məsləhət görüləsi insana güc verən bir əsər
Heyat heqiqeten istediyimizde olmayandır
Bir gəncin keşmemekeşli heyatından behs edir. Arzuların insanı nece deyişdiyini, sevginin insanı ucaltdıgının şahidi oluruq bu eserde.
Cek Londonun ikinci əsəridirki oxuyuram. Əla idi.
????????