bookmate game
az
Mustafa Kılınç

Qadınlar nə istəyir? Kişilər nə verir?

Сообщить о появлении
Загрузите файл EPUB или FB2 на Букмейт — и начинайте читать книгу бесплатно. Как загрузить книгу?
  • Lemanцитирует9 лет назад
    “İstəklərinizin arxasınca gedin, xoşbəxtlik özü sizi tapacaq”.
    “Mustafa Kılınç”
  • Tural Ehmedovцитирует9 лет назад
    Kral Artura bir sual verirlər. Suala düzgün cavab versə, həyatı qurtulacaq, əks təqdirdə öləcək. Cavab üçün Krala 1 il vaxt verilir. Sual belədir: “Qadınlar nə istəyərlər?”. Bu, təbii ki, dünyanın ən çətin sualıdır. Lakin Kralın başqa şansı yoxdur. Kral ölkəsinə qayıdıb müxtəlif alimlərlə, elm adamları ilə danışsa da, sualına tam doğru cavab tapa bilmir. Sualın cavabını yalnız yaşlı bir cadugər bilirmiş. Vaxtın bitməyinə bir gün qalır. Artur məcburən cadugərin yanına gedir. Cavabı demək üçün cadugərin bir şərti olur. O, Arturun yaxın dostu, yaraşıqlı silahdaşı ilə evlənmək istəyirdi. Şərti qəbul edə bilməyəcəyini deyən Artur cadugərin yanından gedir. Hadisəni eşidən silahdaş Arturun yanına gələrək deyir: “Heç nə Kralın həyatından qiymətli deyil”. Beləcə cadugərdən cavabı alırlar: “Qadınlar hər zaman öz azad iradələri ilə qərar vermək istəyirlər”.
    Tamamilə doğru olan bu cavab sayəsində Kralın həyatı qurtulur. Lakin əvəzində silahdaşının həyatı sönmüş olur. Nəhayət, kralın dostu üçün ən pis an – toy gecəsi gəlir. Lakin o, otağa girəndə cadugərin əvəzində dünyanın ən gözəl qadınını görür. Kralın dostu heyrətlənir və soruşur : “Sən kimsən?”. Qadın cavab verir: “Mən evləndiyin cadugərəm. Gündüzlər olduqca çirkin, gecələr son dərəcə gözəl oluram və ya əksinə. Necə görünəcəyimə sən qərar verəcəksən”.
    Kralın dostu bir az düşünür. Gecələr mükəmməl bir sevgilimi, yoxsa gündüzlər xanımı ilə birgə qazanacağı hörmətmi? Cavabı belə olur: “Necə olmaq istədiyinə sən qərar ver. Mən sənin hər halına hörmət edirəm”. Cadugər bu cavaba çox sevinir: “Sən mənə seçim azaldığı verdin və məni məhdudlaşdırmadın. Ona görə də ömür boyu yanında gözəl və hörmətli görünəcəm”
  • Tural Ehmedovцитирует9 лет назад
    Əgər həqiqətən ruhunuzun o biri tayını istəyirsinizsə, onu arzulayın. O insanı tapmayacağınıza və ya tapdığınız insanla bir yerdə olmayacağınıza inanırsınızsa, o adamla nəinki birgə həyat qura, heç bir yerdə addımlaya bilməzsiniz. Hər zaman acı çəkərsiniz. Birlikdə olduğunuz insanla bir gün ayrılacağınızdan qorxursunuzsa, onunla bir gün deyil, hər gün ayrılarsınız. Qorxduğunuz ayrılığın başınıza gələcəyinə təminat verə bilərəm.
  • Tural Ehmedovцитирует9 лет назад
    “Qadın ərinin gənсlikdə sevgilisi, yetkinlik dövründə dostu, qoсalıqda xəstə baxıсısıdır
  • b5304156127цитирует8 лет назад
    Qorxaraq yaşayırsansa, həyatı sadəcə seyr edə biləcəksən.
  • Tural Ehmedovцитирует9 лет назад
    “Bilirəm, sən günəşsən, mən dünya. Ətrafında dönən çoxlu planet var. Amma unutma, sadəcə məndə həyat var”.
  • Tural Ehmedovцитирует9 лет назад
    Həqiqi sevgi istəyirsinizsə, Şəms kimi dünyanın o biri başında da olsa yarınızın var olduğuna inanmalısınız. Əvvəlcə inanın, sonra da həvəslə istəyin. Kainat özü onu sizə gətirəcək. Ümidsizlik sevginin önündəki ən böyük maneədir.
    Əgər həqiqətən ruhunuzun o biri tayını istəyirsinizsə, onu arzulayın. O insanı tapmayacağınıza və ya tapdığınız insanla bir yerdə olmayacağınıza inanırsınızsa, o adamla nəinki birgə həyat qura, heç bir yerdə addımlaya bilməzsiniz. Hər zaman acı çəkərsiniz. Birlikdə olduğunuz insanla bir gün ayrılacağınızdan qorxursunuzsa, onunla bir gün deyil, hər gün ayrılarsınız. Qorxduğunuz ayrılığın başınıza gələcəyinə təminat verə bilərəm
  • Tural Ehmedovцитирует9 лет назад
    “Çarəsiz qaldığım zamanlarda gedib daş ustası tapır və seyr edirəm. Adam daşa bəlkə yüz dəfə vurur. Amma bu zərbələr daşı nəinki qırmır, hətta çatlatmır da. Sonra birdən yüz birinci vuruşda daş ikiyə ayrılır. Bax, o zaman anlayıram ki, daşı ikiyə bölən son zərbə deyil, ondan əvvəlkilərdir”.
  • Tural Ehmedovцитирует9 лет назад
    Gülümsəməkdən heç vaxt vaz keçmə. Kədərli olduğunda belə, gülüşünə kimin, nə zaman aşiq olacağını bilə bilməzsən”.
  • Tural Ehmedovцитирует9 лет назад
    “Evləndikdən sonra kişi və qadın, bir qəpiyin iki üzü kimidirlər. Əsla üz-üzə gəlməzlər, ancaq həmişə bərabərdirlər”.
fb2epub
Перетащите файлы сюда, не более 5 за один раз