az
Çingiz Abdullayev

Milyardın dəyəri, Timsah xətti

Сообщить о появлении
Загрузите файл EPUB или FB2 на Букмейт — и начинайте читать книгу бесплатно. Как загрузить книгу?
TİMSAH XƏTTİ
Moskvada gənc amerikalı qadın müəmmalı şəkildə həlak olur. O, sadəcə, turist deyil, ABŞ-ın görkəmli siyasətçilərindən birinin qızıdır. Qız sərxoş olub? Ola bilər, amma… Hadisə adi avtomobil qəzasının nəticəsidir? Bəlkə də… amma… Bəs niyə Rusiya tərəfin izahatı inandırıcı görünmür? Niyə ekspertiza aktlarındakı məlumatlar üst-üstə düşmür? Mərhumun atasının qeyri-rəsmi təhqiqat aparmağı xahiş etdiyi peşəkar agent Dronqo suallar verməyə başlayır. O sualları ki, ya müstəntiqlərin diqqətindən qaçıb, ya da onlar tərəfindən qəsdən görülməyib…
MİLYARDIN DƏYƏRİ
DTK-nın xüsusi qruplarının öz qanunları, öz tapşırıqları olur.
Hərdən bəzi xüsusi əməliyyatların aparılmasından sonra bu qrupların əməkdaşları özləri arzuolunmaz şahidlərə çevrilir və aradan götürülməli olurlar. Amma yüksək səviyyəli peşəkarları aradan götürmək o qədər də asan deyil. Onlar həmişə qeyri-bərabər mübarizəyə hazır olur və təslim olmurlar.
Эта книга сейчас недоступна
273 бумажные страницы
Правообладатель
Qanun Nəşriyyatı
Уже прочитали? Что скажете?
👍👎

Впечатления

  • Bahlul Valiyevделится впечатлением7 лет назад
    👍Worth reading
    🙈Lost On Me
    💡Learnt A Lot

    Bir roman və povest. Əsasən Timsah Xətti daha çox xoşuma gəldi. Çox kitablarında olduğu kimi bu kitabda da həyəcan verən səhnələr, insanı iyrəndirən hərəkətlər var idi. Hər halda Çingiz Abdullayev kimi siyasi-dedektiv yazan ikinci adam yoxdu. Qərəz məsləhətli kitabdır.

  • b8459273112делится впечатлением9 лет назад
    👍Worth reading

    Maraqli kitabdir

  • b7651336483делится впечатлением6 лет назад
    👍Worth reading
    💡Learnt A Lot

    Maraqlıdır

Цитаты

  • Mir Aliцитирует7 лет назад
    Meksika arağı olan “tekila”nı içmək – xüsusi incəsənətdir
  • Bahlul Valiyevцитирует7 лет назад
    İnsan əməllərinin öyrənilməsilə məşğul olanların ən böyük çətinliyi, onları öz aralarında barışdırmaq və vahid izahat verməkdir. Çünki bizim əməllərimiz bəzən bir-birinə o qədər zidd olur ki, onların eyni adam tərəfindən törədildiyinə inanmaq mümkün olmur.
    Mişel de Monten “Əməllərimizin qeyri-sabitliyi haqqında”
  • Bahlul Valiyevцитирует7 лет назад
    Zooparklarda timsahlar saxlanılan yerlərdə gözəgörünməz cizgi var. Onu heç kim keçməməlidir, – birdən Dronqo dedi, – yoxsa sakit uzanan, zahirən tərpənməz timsah cəld tullanıb bədbəxt adamı tutur. Belə hallarda xilas olmaq, demək olar ki, mümkün deyil. Siz bu xətti keçmisiniz, polkovnik və indi sizə yaxınlaşmaqda olan timsahın pəncəsindən necə xilas olacağınıza özünüz qərar verin. — Nə gözəl, – polkovnik dedi,

На полках

fb2epub
Перетащите файлы сюда, не более 5 за один раз