Yaddan çıxarmayın ki, öləndə siyahınızda hələ də tamamlanmamış işlər olacaq
Çox faydalı kitabdır. Deyilənləri həyatımızda tətbiq etsək xoşbəxt olarıq.
Fikrimcə gündəlik həyat tərzimizdə dərd etmədiyimiz amma bütün həyatımızda ən önəmli olan nüanslara toxunulub. Çox öyrədən kitablar silsiləsindəndir. Mən şəxsən , özüm üçün çox nəsnəni aydınlaşdırdım , özümə dərd etdiyim xırda məsələləri necə böyütdüyümü özüm üçün təsdiqlədim. Ümid edirəm oxuduqlarımı tətbiq edəcəyəm. Oxumaq istəyənlər varsa mütləq oxusun.
Bu kitabın həqiqətən nə qədər dəyərli, effektiv olduğunu bilmək istəyirsinizsə. Hirsləndiyiniz və ya stresli olduğunuz anlarda 3-4 səifə bu kitabdan oxuyun. Sizə necə möcüzəvi bir təsir göstərəcəyindən özünüzdə təcüblənəciksiniz.
Həyat çox ciddi qəbul olunmayacaq dərəcədə əhəmiyyətlidir. Həqiqətən oxumağa dəyər. Qəliz yazılmayıb, hamının oxuyub başa düşəcəyi tərzdə yazılıb. Yazılanları həyatınızda tətbiq etməyə çalışın. Nə qədər əhəmiyyətli kitab olduğunu görəcəksiniz.
Həyatda xirda şeylərə həmişə dərd etmişəm ancaq indi bu kitab mənə xirda şeylərin əhəmiyətsiz oldugunu anlatdi. Mən həyatimdi yeni adimlara başlayiram
Fikrimcə, oxuduğum kitablar arasında ən təsir edici kitablardan biri oldu.Həqiqətən motivasiya verici məzmundadır,və müəlllifində bildirdiyi "xırda şeylər" həmçinində insan münasibətlərini kitabda əks etdirmişdir.
Hamıya oxumağı tövsiyə edirəm,mənəviyyatınızın genişlənəcəyini hiss edəcəksiniz.
Beyendim ama pullu olmasa yaxsı olardı, qiymetini bile bilmedim.
Düşüncə və fikirlərinizi dəyişməkdə yardımcı ola biləcək çox gözəl kitab.
Mənəviyyat baxımından insanı rahatladır bu kitab .Səhvlərimizi anlamağa köməklik edir.Reallıqda olan hadisələrdə necə rəftar etməli olduğumuzuda qismə də olsa hər kəsin anlayacağı şəkildə başa salınmışdır .Bura qədər rəsmi danışdım 😂 indi keçək səmimiyyətə 🤙İnsan olmaq lazımdır heç kim bir birini sevmek məcburiyyətində deyil ama hər kəs bir-birinə hörmət qoymaq məcburiyyətindədir çalışın sevdiklərinizin qədrini bilin onlarıdan möhkəm tutunun sabah həmişə" çox gec " olmaqla məşhurdur 🤍🥺