Elçin Həsənzadənin “Cəhənnət” romanı ilk dəfə 2019-cu ildə Təbrizdə azərbaycanca “Qıl körpüsü” adı ilə çap olunub. Əsərdə 23 yaşlı siyasi aktivist Arazın iki illik mübarizəsi və macərasından bəhs olunur. Romantizm və fəlsəfə izləri olan bu romanda insanın XXI əsrin siyasi-ictimai girdabında çabalayaraq özünü qurtarmaq cəhdləri yer almışdır.