bookmate game
az
Herman Hesse

Knulp

Сообщить о появлении
Загрузите файл EPUB или FB2 на Букмейт — и начинайте читать книгу бесплатно. Как загрузить книгу?
Bütün həyatı yollarda keçən bir yolçunun hekayəsidir Knulp. İstədiyi yerə “qonan”, amma heç yerdə qərar tuta bilməyib yenə “uçan” azad bir ruhun qısa dastanı.
Uşaqkən yaşadığı bir hadisə səbəbiylə insanlara etibarı sarsılmış və kimsəyə güvənməməyi özünə həyat prinsipi seçən yolçu… Yeri-yurdu olmayan, amma gəldiyi hər yeri özünə müvəqqəti yurd sayan, tanış olduğu hər kəsin rəğbətini qazanmaq bacarığına sahib, yalqız və həsrət dolu bir insan…
Knulpun heç kimə xeyri dəymir, amma o, ziyankar biri də deyil. Son əhvalatda həyatını nəzərdən keçirərkən bir yoldaşının da ona dediyi kimi “Sərsəri bir həyatı seçdin, amma ünsiyyət qurduğun bütün insanları düşündürdün, Knulp”.
XX əsr alman ədəbiyyatının ən görkəmli nümayəndələrindən biri, Nobel mükafatı laureatı Herman Hesse (1877–1962) missioner ailəsində doğulub. Hessenin valideynləri uzun müddət Hindistanda xristianlığın yayılması ilə məşğul olublar. Kiçik yaşlarından Herman Hessedə də bu ölkəyə və ümumən Şərq mədəniyyətinə, fəlsəfəsinə böyük maraq yaranıb. Ona məşhurluq gətirən əsərlərə: “Yalquzaq”, “Dеmian”, “Siddhartha”nı misal göstərmək olar. Yazıçı “Knulp” əsərini 1915-ci ildə yazıb.
Эта книга сейчас недоступна
89 бумажных страниц
Правообладатель
Qanun Nəşriyyatı
Уже прочитали? Что скажете?
👍👎

Впечатления

  • Tural Huseynliделится впечатлением8 лет назад

    Bu eseri heç yadımdan çıxara bilmirem. Kiçik olsa da çox ehateli ve ehval-ruhiyyeli eserdir. Belke de tebietime uyğun geldiyi üçün sevirem bu eseri...

  • Xuraman Memmedovaделится впечатлением7 лет назад
    💧Soppy

  • Islam Musayevделится впечатлением8 лет назад
    👍Worth reading

Цитаты

  • Xuraman Memmedovaцитирует7 лет назад
    insanlar tez-tez qəm dəryasına batırlar. Çünki istəyinin dəyərsizliyini, hadisələrin bizsiz də öz axarı ilə getdiyini duyur. Ancaq suç suçluğunda qalır, adamın pislikdən başqa yolu olmasa da, qalır, çünki o, bunu daxilən hiss edir, duyur. Elə ona görə də ən doğru yol yaxşılıqdır, çünki adam orada özündən razı qalır, vicdanı təmiz olur.
  • Xuraman Memmedovaцитирует7 лет назад
    -tez öz-özümə deyirəm: dünyada ən gözəl, ən qəşəng bir şey varsa, o da şiv, sarışın, ucaboy qızdır. Ancaq bu da düz deyil, həyatda görürsən ki, qaraşın qız daha gözəldir. Hərdən də tam ayrı fikirdə oluram. Bir də baxırsan, dünyanın ən gözəl-göyçək şeyi mənim üçün dönüb oldu göylərdə azadca süzən bir qəşəng quş. Bir az keçmiş qanadları üstündə qırmızı xallar olan ağ kəpənək, ya da axşamüstü buludları al-qana boyayan, par-par parıldayan, lakin adamın gözlərini qamaşdırmayan, yerə-göyə sevinc, məsumluq bəxş edən adicə günəş şüası qədər heç nə məni məftun etmir
  • Islam Musayevцитирует8 лет назад
    İndiyə qədər onu da bilmirdim ki, insanlar bir-birilərinə nə qədər yaxın olsalar da, aralarında həmişə açıq bir uçurum qalır və buna da sevgi, yalnız və yalnız sevgi anbaan körpü sala bilir.

На полках

fb2epub
Перетащите файлы сюда, не более 5 за один раз