bookmate game
az
Herman Hesse

Knulp

Сообщить о появлении
Загрузите файл EPUB или FB2 на Букмейт — и начинайте читать книгу бесплатно. Как загрузить книгу?
  • Xuraman Memmedovaцитирует7 лет назад
    insanlar tez-tez qəm dəryasına batırlar. Çünki istəyinin dəyərsizliyini, hadisələrin bizsiz də öz axarı ilə getdiyini duyur. Ancaq suç suçluğunda qalır, adamın pislikdən başqa yolu olmasa da, qalır, çünki o, bunu daxilən hiss edir, duyur. Elə ona görə də ən doğru yol yaxşılıqdır, çünki adam orada özündən razı qalır, vicdanı təmiz olur.
  • Xuraman Memmedovaцитирует7 лет назад
    -tez öz-özümə deyirəm: dünyada ən gözəl, ən qəşəng bir şey varsa, o da şiv, sarışın, ucaboy qızdır. Ancaq bu da düz deyil, həyatda görürsən ki, qaraşın qız daha gözəldir. Hərdən də tam ayrı fikirdə oluram. Bir də baxırsan, dünyanın ən gözəl-göyçək şeyi mənim üçün dönüb oldu göylərdə azadca süzən bir qəşəng quş. Bir az keçmiş qanadları üstündə qırmızı xallar olan ağ kəpənək, ya da axşamüstü buludları al-qana boyayan, par-par parıldayan, lakin adamın gözlərini qamaşdırmayan, yerə-göyə sevinc, məsumluq bəxş edən adicə günəş şüası qədər heç nə məni məftun etmir
  • Islam Musayevцитирует8 лет назад
    İndiyə qədər onu da bilmirdim ki, insanlar bir-birilərinə nə qədər yaxın olsalar da, aralarında həmişə açıq bir uçurum qalır və buna da sevgi, yalnız və yalnız sevgi anbaan körpü sala bilir.
  • adelyaagaevaцитирует8 лет назад
    Nəyin düz, nəyin yalan olduğunu, yaşayışı necə qurmağı gərək adam özü düşünüb tapsın. Belə şeyi kitabdan öyrənməzlər
  • Günay İmanovaцитирует2 года назад
    gözəlliyi də orasındadır ki, ömürləri gödəkdir.
  • Xuraman Memmedovaцитирует7 лет назад
    Hərənin öz ürəyi var, heç cür onu başqasınınkı ilə qarışdıra bilməz. İki adam bir-birinə yaxınlaşar, bir-biri ilə danışar, bir-biri ilə dostluq edər. Ancaq ürəklər hərəsi öz torpağına kök atmış bir cüt gülə bənzər, heç birisi də o birinin yanına gələ bilməz, gəlsə, gərək kökündən qopsun. Bunu da heç cür bacarmaz, güllər bir-birinə can atdığından ətrini, toxumunu bir-birinə göndərər, lakin həmin toxumların son mənzilə çatıb-çatmaması bu güllərin işi deyil. Onun hara düşməsi artıq düzlərdə cövlan edən, təbiətə meydan oxuyan küləyin əlindədir.
  • Xuraman Memmedovaцитирует7 лет назад
    Məncə, gözəl o şeydir ki, onda məmnunluqla yanaşı, nisgil də, qorxu da var.
  • adelyaagaevaцитирует8 лет назад
    Bilmirəm... Bəri bax, eşidirsən, ömrümdə iki dəfə vurulmuşam. Özü də yalandan yox ha. Hər ikisində də demişəm ki, həmişəlikdir, yalnız ölüm bunu qıra bilər, ancaq hər ikisində də qırılıb, mənsə hələ sağam. Elimdə-obamda bir dostum da vardı, ömrümdə ağlıma gəlməzdi ki, bir-birimizdən ayrılarıq, amma ayrıldıq. Özü də lap çoxdan ayrıldıq.
  • adelyaagaevaцитирует8 лет назад
    Ona görə də atəşfəşanlıqdan gözəl heç nə tanımıram. Göylü, yaşıllı çınqıl halqalanıb göyə sıçrayır, xırdaca bir qövs cızıb qaranlıqda sönür. Gözəllik bax buna deyərəm! Ona baxanda səni həm sevinc, həm qorxu hissi bürüyür: qorxursan ki, indicə sönəcək. Əslində, belə də olmalıdır, gözəlliyi də orasındadır ki, ömürləri gödəkdir. Yoxsa yox?
fb2epub
Перетащите файлы сюда, не более 5 за один раз