Hamısı ya cavan ölüb, ya gücdən düşüb, ya da dəli olub, qıfıl altında saxlanıb. Amma Bayron İtaliyada yox, Yunanıstanda ölüb. Qalmaqaldan xilas olmaq üçün İtaliyaya qaçıb, orada məskunlaşıb. Həyatının sonuncu ən böyük məhəbbətini də orada yaşayıb. O vaxt İtaliyaya getmək ingilislər arasında dəb imiş. Onlar inanırdılar ki, hələ də öz təbiiliklərini qoruyub saxlayan italyanlar şərtiliklərə daha az tabe olurlar və daha ehtiraslıdırlar.