bookmate game
az
Mühitdin Birgen

İttihad və Tərəqqidə on il

Сообщить о появлении
Загрузите файл EPUB или FB2 на Букмейт — и начинайте читать книгу бесплатно. Как загрузить книгу?
Tanınmış türk ictimai-siyasi xadimi və publisist Mühitdin Birgenin (1885–1951) iki cildlik “İttihad və Tərəqqidə on il” adlı memuarlarının Azərbaycana dair hissələrini əhatə edən kitabda tariximizin maraqlı, eyni zamanda kifayət qədər öyrənilməyən dövrü ilə bağlı məlumat və təəssüratlar öz əksini tapıb. Azərbaycan Xalq Cümhuriyyətinin tarixi, 1920-ci illər Azərbaycan-Türkiyə əlaqələri haqqındakı bir sıra fikirlər də yeniliyi, məsələyə baxış fərqliliyi ilə seçilir. Xalqımıza həqiqi sevgi hissi ilə yazılan bu kitab tarixçilər, politoloqlar, mətbuat işçiləri və geniş oxucu kütlələri üçün maraqlı ola bilər.
Эта книга сейчас недоступна
415 бумажных страниц
Правообладатель
Qanun Nəşriyyatı
Уже прочитали? Что скажете?
👍👎

Впечатления

  • Rufaделится впечатлением8 лет назад
    😄LOLZ

Цитаты

  • Muradovцитирует7 лет назад
    Yaşa, yaşa!
    Mustafa Kamal Paşa!
  • Muradovцитирует7 лет назад
    – Doğrusunu bilmək istəsəniz, Azərbaycanın əlindəki qüvvələrlə özünü şimaldan gələn inqilab təhlükəsindən qoruyacağına əmin deyilik. Amma düşünürük ki, ixtiyarımızdakı əsgər, polis və jandarma qüvvələri onlara komanda verənlərin təbliğatına uyub əks tərəfə keçməsəydi, heç olmasa müəyyən mübarizə aparar, ən azı vətəni müdafiə etmək zövqünü yaşayardıq. O biri tərəfdən, məmləkəti belə qəfil və gözlənilmədən tərk etmək məcburiyyəti ilə qarşılaşıb bu qədər dəhşətli peşmançılığa uğramazdıq.
  • Muradovцитирует7 лет назад
    Xəlil Paşa özü isə inqilab ordusunun komandanı kimi Azərbaycana girib oradan da Anadolunun yardımına qoşmaq niyyəti ilə Dərbəndə yollandıqdan sonra bir daha geri dönməmişdi. Bolşevik inqilabı tipli inqilablar xüsusən başlanğıc mərhələdə çox qısqanc, vəsvəsəli və vahiməli olurlar. Məhz bu mənada bolşevik inqilabçıları Azərbaycanı bir güllə də atmadan onlara təslim edənlərə münasibətdə azacıq da hörmət və etimad göstərmədi. Hətta Xəlil Paşanın özünü “hörmətlə” Moskvaya aparmış, orada əziz dost kimi göz qabağında “mühafizə” etməyə başlamışdılar. Çünki inqilab onun kimi boş-boşuna siyasət oyunları oynayan, müəyyən ictimai əqidəsi olmadığına görə çətinlik çəkmədən, tərəddüd etmədən bu gün bir, sabah başqa fikrə düşənlərə özünün kifayət qədər sərt üzünü göstərirdi. Əslində bu münasibətdə haqsızlıq axtarmağa da lüzum yoxdur. Çünki həmin məsələdə nə qədər haqlı olduqları bir müddət sonra Ənvər Paşanın timsalında da sübuta ­yetmişdi.

На полках

fb2epub
Перетащите файлы сюда, не более 5 за один раз