***
Şəriət oxuyan, təriqət bilən,
Haqlıq eyləyirsən, haqq dinə bax-bax!
Qalmayıb dünyada “mənəm” deyənlər,
Həzrət Süleymanın taxtına bax-bax!
Oxuduğun Quran hardadı, hanı?!
Hansı yola dəvət edir insanı?!
Salıbsan zindana gözəl bir canı,
İqbalına bax, bax, baxtına bax, bax!
Ələsgərin könlü geyib qaralar,
Şəfa bulmur qəlbindəki yaralar.
Qoca səfa sürər, gözəl saralar,
Tarixinə bax, bax, vaxtına bax, bax