"Anna Karenina'da nələr yazib ilahi bu insan?"dedirtəcək qədər şedevr bir əsər.
Kitabin ilk cümləsi kitabın nə dərəcədə keyfiyyətli olduğuna işarədir zatən . Adam deyir ki "Bütün xoşbəxt ailələr bir-birinə bənzəyirlər, bədbəxt ailələrinsə hər biri özünə görə ayrı cür bədbəxtdir"
Bir neçə il əvvəl oxumuşdum bu kitabı və mənə o dərəcədə güclü təsir etmişdisə hər gördüyüm qatar Annanın özünü qatarın altına atdiği səhnəni xatırladırdı mənə.
Əsər 'Anna Karenina' adlanmasına baxmayaraq, əsərin yarısından çox hissəsi Tolstoy'un alter egosu hesab edilən Konstantin Levin personajina həsr olunub və həmin zamanın sosial -iqtisadi və dini problemləri elə Levin vasitəsilə çatdırılır oxucuya. Buna görə sırf sevgi romanı oxumaq üçün kitabı əlinə alanlara bir qədər maraqlı olmaya bilər.
Personajların hisslərini, fikirlərini o qədər gözəl şəkildə incələyib, təsvir edib ki, sən təkcə oxumursan, plus hər personaji ayri -ayriliqda yaşayırsan da.Məncə hər uğurlu kitab elə belə də olmalidir.
Bir sözlə , roman tarixinin ən gözəl, ən bədbəxt və ən ümidsiz qadını Anna Karenina..
P.s..Bütün hüzünlü və bədbəxt qadın personajlarından üzr istəyirəm..
Anna Karenina...Çox təsirləndiyim bir roman.Filminə də baxmışam.Möhtəşəm bir əsər
Her halda oxunmaga deyer maraqli bir kitabdir.Lakin bezi hisseleri olduqca uzun ve sixici yazilib.Dushunmeye vadar eden ve nelerise deyishmeye komek edecek qeder lazimli ve qiymetli bir eserdir...👍