Burada kətan, ipək və yun parçalar, dəmir məmulat və sairə hazırlanır və Azərbaycandan keçən, Şərqin və Avropanın ticarət mərkəzlərini birləşdirən karvan yolları və dəniz vasitəsilə başqa ölkələrə ixrac olunurdu. Şəhərdə çoxlu culfa, dəmirçi, boyaqçı, dülgər, başmaqçı, dəbbaq, dulusçu və dərzi yaşayırdı.