bookmate game
az
Aqata Kristi

Mesopotamiyada qətl

Сообщить о появлении
Загрузите файл EPUB или FB2 на Букмейт — и начинайте читать книгу бесплатно. Как загрузить книгу?
Təsadüflərlə zəngin hadisələrdən bəhs edən roman…
Müəmmalı bir cinayət…
Amerika xəstəxanalarından birində işləyən tibb bacısı
Ami Lezeran təsadüf nəticəsində İraqa gələrək burada yaşayan
amerikalı ailədə işləyir. Yenə də təsadüf nəticəsində
bu ailənin dostu olan, İraqda xəstəxanada işləyən tibb
elmləri doktoru Ciles Reyli tibb bacısı Ami Lezerana İraqda
başqa bir xəstəyə baxmağı təklif edir.
Xəstə Tell-Yarimcah qəsəbəsində yaşayan Amerika
arxeoloq heyətinin başçısının həyat yoldaşı, gözəlliyi ilə hamını
heyran edən misiz Luiz Leydner idi. Xəstəyə baxmağa
başlayan tibb bacısı ilk gündən bu evdə gərgin ab-hava
olduğunu hiss edir. Arxeoloji heyətin də yaşadığı bu evdə
nələrinsə baş verdiyindən duyuq düşən tibb bacısı tezliklə
yanılmadığının şahidi olur. Luiz ona öz dərdini danışır.
Kiminsə onu qarabaqara izlədiyini, anonim məktublar yazaraq
öldürəcəyi ilə təhdid etdiyini deyir. Çox keçmir ki,
Luiz otağında ölü tapılır…
Və təsadüflər nəticəsində iş üçün İraqda olan detektiv
Erkül Puaro bu müəmmalı cinayəti araşdırmalı olur…
Lakin bu cinayət Puaronun tez-tez rast gəlib araşdırdığı
cinayətlərdən çox fərqlənirdi. Qatil çox peşəkarcasına işini
görmüş, arxasında heç bir iz buraxmamışdır. Bununla
yanaşı, arxeoloji heyətin bütün üzvlərinin qətlə yetirilən
Luizə heyran olduğu, gözəlliyi qarşısında baş əydiyi təqdirdə
bu xanıma nifrət etməsi detektivin işini daha da çətinləşdirirdi. Həmçinin Luizin iyirmi il əvvəl ölən ərindən
təhdid məktubları alması cinayəti daha da müəmmalı
hala salırdı…
Эта книга сейчас недоступна
249 бумажных страниц
Правообладатель
Qanun Nəşriyyatı
Уже прочитали? Что скажете?
👍👎

Впечатления

  • b9843461008делится впечатлением3 года назад
    👍Worth reading

    Çox maraqlı idi, hadisələr yenə gözlənildiyindən fərqli baş verib 🤔🧐

  • Nermin Dadashovaделится впечатлением4 года назад

    Qəribədir , əvvəlcədən elə Mr Leydnerden subhelenmisdim. Amma üzüntü hissi keçirdim sonda. ((

  • Fatime Novruzeliyevaделится впечатлением2 года назад

    Cinayetkarın kim olduğundan əmin olsamda yene de çox böyük hevesle ve maraqla oxudum. Her zamankı kimi axıcı bir kitab Agatha Cristie möhteşemdir

Цитаты

  • AkberovAsiцитирует7 лет назад
    Mister Puaronun ərəbcə işlətdiyi ifadə kimi:
    Bismillahir-rəhmanir-rəhim... Bağışlayan və mərhəmətli Allahın adı ilə.
    Hə, bax bu gözəl sonluq oldu.
  • Cinara Aliyevaцитирует5 лет назад
    Çox qəribə dünyadır! Eyni nöqtəyə baxan iki insan iki müxtəlif mənzərə görür
  • Nurlan Süleymanovцитирует7 лет назад
    Yadınızda saxlayın ki, həmişə bildiyini el-aləmə car çəkmək ağılsızlıqdır. Son dəqiqəyədək bildiyim hər şeyi özümdə saxlaram!

На полках

fb2epub
Перетащите файлы сюда, не более 5 за один раз