az
Henri Miller

Xərçəng tropiki

Сообщить о появлении
Загрузите файл EPUB или FB2 на Букмейт — и начинайте читать книгу бесплатно. Как загрузить книгу?
  • Xalide Mahmudovaцитирует3 года назад
    Zamanın xərçəngi bizi yeyib-bitirir. Qəhrəmanlarımız intihar edib, ya da etməkdədir. Odur ki, əsl qəhrəman Zaman deyil, Zamansızlıqdır. Addımlamalıyıq, bərabər addımlarla, ölümün zindanına sarı. Xilas yoxdur. Hava dəyişməyəcək.
  • Gunduz Memmedovцитирует9 лет назад
    Dram, onun fikrincə, qəfəsin içində yaşanmaqdadır. Qəfəs, onun fikrincə, dünyadır
  • Gunduz Memmedovцитирует9 лет назад
    Ortaq nöqtələrimiz o qədər çoxdur ki, qırıq güzgüdə görürəm sanki özümü
  • Misir Məmmədliцитирует9 лет назад
    Göbək bağını kəsərlər, götünə bir şillə vurarlar və di, get, sürətlə irəli! Dünyadasan; axına qoşulmuş, sükansız bir gəmi. Ulduzlara baxarsan, sonra da göbəyinə. Gözlərin cücərər hər yerindən – qoltuğunun altında, dodaqlarının arasında, saçının dibində, ayaqlarının dabanlarında. Uzaq olan yaxınlaşar, yaxın olan uzaqlaşar. İç bayırdır, bayır içdir; fasiləsiz bir axın, dərinin dəyişimi, astarın üzə çevrilməsi. İllərlə bu cür sürünərsən və çürüyərsən asta-asta, parçalara bölünərsən, səpələnib pərənpərən olarsan yenidən. Adın qalar, sadəcə.
  • Misir Məmmədliцитирует9 лет назад
    Dijona çatana qədər keçmişi xatırladım. Bir parça çörək istəməyin insana özünü soxulcan kimi hiss etdirdiyi o acı, utandırıcı anlarda söyləyə, ya da edə biləcəyim, amma söyləmədiyim və etmədiyim şeyləri düşündüm
  • Leman I.цитирует4 года назад
    Ortaq nöqtələrimiz o qədər çoxdur ki, qırıq güzgüdə görürəm sanki özümü.
  • Leman I.цитирует4 года назад
    Sən, Tanya, mənim xaosumsan.
  • Misir Məmmədliцитирует9 лет назад
    Tez-tez isinmək üçün girirdim o mağazalara. Onlar da eyni səbəbdən ötrü edirdilər bunu, məncə. Bir qəhvəyə qonaq edəcək kiminsə axtarışında. Soyuğun və tənhalığın təsiri altında dəli kimi görünürdülər.
  • Misir Məmmədliцитирует9 лет назад
    Heyrətamizdir. Yağış, günəş, dolu, sulu qar, qar, göy gurultusu, şimşək, müharibə, aclıq, vəba – yüngül də olsa fərq etmir. Həmişə eyni aşağı temperatur, eyni uzunboğaz çəkmələr, alto və soprano səsləri ilə mahnı oxuyan, Həzrəti İsanın eyni balaca mələkləri. Çıxış qapısının yanında kiçik bir qumbara – müqəddəs vəzifəni davam etdirmək naminə. Tanrının xeyir-duası kralın və ölkənin, zirehli gəmilərin və dağıdıcı gücü yüksək olan partlayıcıların, tankların və qırıcı təyyarələrin üzərindən əskik olmasın deyə;
  • Misir Məmmədliцитирует9 лет назад
    Zirzəmidən gələn o anlaşılmaz mərsiyədən başqa musiqi-filan yoxdur – sanki milyonlarla gül kələmi qaranlıqda ağı deyir. Çiyinlərinə şal örtmüş insanlar, trans halında əllərini irəli uzadaraq anlaşılmaz yalvarışlar edən dilənçilərin ümidsiz, kədərli görüntüsü ilə gövşəyirlər.
    Belə şeylərin olduğunu bilirdim, amma bu, birisinin sallaqxanalardan, morqlardan, meyitlərin yarıldığı otaqlardan xəbərdar olması kimi bir şeydi. İnsan instinktiv olaraq belə yerlərdən uzaq gəzər.
fb2epub
Перетащите файлы сюда, не более 5 за один раз