bookmate game
az
Chingiz Aytmatov

Gün var əsrə bərabər

Сообщить о появлении
Загрузите файл EPUB или FB2 на Букмейт — и начинайте читать книгу бесплатно. Как загрузить книгу?
  • Faguma Ismayilovaцитирует6 лет назад
    İnsan bu dünyanın keşməkeşində həyatla ölüm arasında hərlənən zaman onu azı yüz dəfə öldürə bilərlər, amma sağ qalır, çox şeylər öyrənir – xeyir və şər, həqiqət və yalan...
  • ahmedoffelvin99361цитирует7 лет назад
    “Budaq sınsa, eybi yox, təki çinarın gövdəsi salamat olsun”
  • alizada_fidanцитирует7 лет назад
    fərqi yoxdur, Allahın varlığından və ya yoxluğundan asılı olmayaraq, insan deyilən şəxs, nalayiq olsa da, onu əksər vaxtlarda ancaq işi dara düşəndən-düşənə yad eləyir. Görünür, elə buna görə də deyiblər ki, allahsızın başı ağrımasa, Allahı yada salmaz.
  • ahmedoffelvin99361цитирует7 лет назад
    Bu gün kosmosa müntəzəm çıxmağa texniki imkanlar olduğu bir şəraitdə, bəşəriyyətin iqtisadi və ekoloji ehtiyacı bu imkanları qəti surətdə həyata tətbiq etməyi tələb etdiyi halda, xalqlar arasında düşmənçilik toxumu səpmək, insan zəkasının enerjisini sürətlə silahlanmaya doğru yönəltmək insana qarşı ən dəhşətli cinayətdir.
    Bu gün ən proqressiv fikir ancaq beynəlxalq gərginliyin azaldılması fikri ola bilər. Bu gün bundan daha məsul bir vəzifə ­yoxdur.
  • Cavid İsmayılzadəцитирует4 года назад
    Bəşəriyyət sülh şəraitində yaşamağı öyrənə bilməsə, məhv olub gedəcək
  • b1122988061цитирует5 лет назад
    Bu məlum bir həqiqətdir ki, insan şəxsiyyətinin qiyməti onun əməyə münasibəti, zəhmətsevərliyi ilə ­ölçülür.
  • Faguma Ismayilovaцитирует6 лет назад
    Aydın məsələdir ki, insanlar sənə ancaq xahişçün müraciət eləyirlər – rəhm elə, kömək elə, hifz elə! Hər dəqiqəbaşı – haqda da, nahaqda da səndən çox şey umurlar. Hətta qatilin də ürəyindən keçir ki, onun tərəfinda olasan. Sənsə susursan. Neyləmək olar, biz adamlar beləyik, illah ki, dara düşəndə bizə elə gəlir ki, sən göydə elə bununçün varsan. Əlbəttə, ağırdır səninçün, yalvarışlarımızın sonu yoxdur. Sənsə təksən.
  • ahmedoffelvin99361цитирует7 лет назад
    nə tüfəngə çaxmaq, nə dümbəyə toxmaq.
  • nisebabazadeh001цитирует5 лет назад
    Əlbəttə, bunu o, əvvəllər də görmüşdü ki, qocalıq artıq onları haqlayıb, amma bu dəfə arvadının bu uzun yolu tələsik gəldiyindən nəfəsinin daralması, tövşüməsi, ­sinəsindən qopan xırıltı, arıq çiyinlərinin qeyri-iradi olaraq qalxıb-enməsi Yedigeyi bərk sarsıtdı.
  • Sureyya Melikцитирует3 года назад
    Eh, yaxşı deyiblər, keçən günə gün çatmaz, calasan günü günə!
fb2epub
Перетащите файлы сюда, не более 5 за один раз