O restoranın adı, ümumiyyətlə, çox qəribədir: “Dronqo”. Çox fikirləşdim ki, görəsən, bu adı haradan götürüblər? Mənə dedilər ki, belə bir quş var, Cənub-Qərbi Asiyada yaşayır. Sonra isə belə məlum oldu ki, həmin restoran məşhur bir xəfiyyənin şərəfinə bu cür adlandırılıb. Dronqo – xəfiyyənin ad əvəzinə özünə götürdüyü ləqəbdir. Onu elə bu cür də adlandırırlar: Dronqo.