Üçüncü: gəlirinizin dörddə birindən çox xərcləməyin, öz qüsurunuzu gizlədin, müvəffəqiyyətlərinizdən danışmayın, üzərinizə böyük əvzifələr götürməyin, kilsəyə hamı necə gedirsə, siz də eləcə gedin, fikirlərinizi gizlin saxlayın, çünki beləliklə fikirləriniz öz ürəyinizdə qalar, bunları mənimsəyib öz bildikləri kimi ölçüb-biçənlərin əlinə keçməz və sizə qarşı iftiraya çevrilməz.