bookmate game
az
Erix Maria Remark

Zəfər Tağı

Сообщить о появлении
Загрузите файл EPUB или FB2 на Букмейт — и начинайте читать книгу бесплатно. Как загрузить книгу?
  • Ülkər Nadirlirцитирует9 лет назад
    Evli kişilərin balaca mehmanxanalarda məhəbbətlərinin coşan vaxtı idi, axşam isə ləyaqətli ailə başçısı kimi evlərinə qayıdırdılar.
  • Sahileцитирует8 лет назад
    Həyat, kiminsə hesabına yaşamaq deməkdir. Biz hamımız bir-birimizdən yeyirik. Ancaq insanda, hərdən də olsa, xeyirxahlıq qığılcımı olur, gərək, ona toxunmayasan, qoyasan qala. Yaşamaq çətinləşəndə, o, köməyə gəlir.
  • Ülkər Nadirlirцитирует9 лет назад
    Həyat adama bir də ona görə lazımdır ki, mübarizə aparsın, sadəcə olaraq, nəfəsi nə qədər gedib-gəlir, mübarizə üçün fürsət gözləsin. Ancaq gözləmək də adamı için-için yeyir, ümidlər alt-üst olur, üstəlik, səni gizli bir qorxu hissi də bürüyür ki, tamam əldən düşəcəksən, gözləməkdən üzüləcəksən, yorulacaqsan, həyatla ayaqlaşa bilməyəcəksən
  • Gunel Najafovaцитирует9 лет назад
    – Sən... Sən özünə həmişə belə arxayın olmusan. Sənin bu arxayınlığın adamı dəli eləyir. Heç nə sənin özünə olan bu inamını sındıra bilmədi. Sənin bu ölçülü-biçili hərəkətinə nifrət edirəm! Həmişə də eləmişəm! Mənə elə adam lazımdır ki, məftun olmağı bacarsın! Elə adam lazımdır ki, dərdimdən dəli olsun! Elə adam lazımdır ki, mənsiz yaşaya bilməsin! Sən isə mənsiz yaşaya bilirsən. Həmişə də yaşamısan. Mən sənə lazım olmamışam! Sən soyuqsan! Sən ürəksizsən! Sənin məhəbbətdən xəbərin yoxdur! Mən səni heç vaxt ürəkdən sevməmişəm. Onda da yalan danışdım, dedim ki, iki ayın ayrılığı belə elədi. Lap getməmiş olsaydın da, belə olardı! Gülmə! Səninlə «o»nun ­fərqini bilirəm... Bilirəm ki, «o» sənin kimi ağıllı deyil, ancaq özünü mənim yolumda qurban eləyər, onun üçün bu dünyada var da mənəm, yox da mən! Bütün fikri, düşüncəsi mənəm! Məndən başqa heç kəsi istəmir, heç kəsi tanımır... Mənə də beləsi lazımdır!
  • Ülkər Nadirlirцитирует9 лет назад
    – Bunun ona nə dəxli?
    – Çoxdur. Sevmək, kiminləsə ömrü başa vurmaq deməkdir.
    – Elə şeylərdən başım çıxmaz. Bircə onu bilirəm ki, kimdirsə, onsuz yaşamaq olmaz
  • Rena Hajiyevaцитирует9 лет назад
    Mən də elə fikirləşirəm. Qalın, burada yatın. Ən yaxşısı budur. Sabah baxarıq. Qadın onun üzünə
  • Mir Aliцитирует7 лет назад
    Unutmaq! Sözə bax! Onda dəhşətlər də var, təsəlli də, vahimə də! Kim unutmasa yaşaya bilər? Elə adam da tapılarmı, istədiklərinin hamısını unuda bilsin? Onda xatirələrin qəlpələri ürəkləri parça-parça eləməzmi? Adam o vaxt azad olur ki, uğrunda yaşadığı şeylərin hamısını itirir...
  • Sakina İbrahimцитирует7 лет назад
    – Siz, gərək, bu qədər görüb-götürəndən sonra çox dözümlü olaydınız.
    Ravik istehza ilə ona baxdı:
    – Dözüm heç vaxt olmur. Təkcə hər şeyə öyrəşmək ­mümkündür...
  • Ülkər Nadirlirцитирует9 лет назад
    şübhəsiz, özünü insanpərvər hesab eləyirdi. Yəqin ki, mehriban ata, qayğıkeş ər idi. Ancaq kabinetə girən kimi «heç cür mümkün deyil», «bəs onda necə olar...» kimi ibarələrin arxasında gizlənən ­zülmkara çevrilirdi
  • Kamran Əliyevцитирует7 лет назад
    belə sirli-soraqlı eləyən özünün vurğun könlüdür. Bilirdi ki, bundan da qəşəng, bundan da ağıllı, bundan da saf üzlər var. Ancaq onu da bilirdi ki, başqa üz yox, məhz bu üz onun qəlbinə hakim kəsilib.
fb2epub
Перетащите файлы сюда, не более 5 за один раз