az
Anar

Təhminə və Zaur və ya Beşmərtəbəli evin altıncı mərtəbəsi. Roman

Сообщить о появлении
Загрузите файл EPUB или FB2 на Букмейт — и начинайте читать книгу бесплатно. Как загрузить книгу?
Bu kitab xoşbəxtliyin yeni mərtəbələrini fəth etmək, qalxdığı uca mərtəbələri qorumaq istəyənlər üçündür. “Təhminə və Zaur” və ya “Beşmərtəbəli evin altıncı mərtəbəsi” təsirli bir sevgi hekayəsidir. Əsərin baş qəhrəmanı Təhminə aparıcıdır, Zaur isə ziyalı ailəsindən olan və özünü hələ də təsdiq etməmiş bir gəncdir. Təhminənin yeganə qorxusu Zaurun qalxdığı o mərtəbəylə geri dönməsi idi. Çünki onların sevgisi imkansız görünürdü. Lakin imkansız olan onların sevgi hekayəsi yox, cəmiyyətin dəyişməyən maneələri, “olmaz”larıdır. Beşmərtəbəli evin altıncı mərtəbəsi təsdiq olunmadığı kimi, Zaur özünü təsdiq edə, cəmiyyət də onların sevgisini öz qoynuna ala bilmədi…
Azərbaycan Xalq yazıçısı, şair, tərcüməçi, ssenarist, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rəsul oğlu Rzayev 1938-ci ildə Bakıda anadan olmuşdur. Anarın atası şair Rəsul Rza, anası şairə Nigar Rəfibəylidir.
Yazıçının ən məşhur əsərlərindən biri “Beşmərtəbəli evin altıncı mərtəbəsi”dir. Bu əsər rus, özbək, qazax dillərinə tərcümə olunmuş, Polşa, Macarıstan və Bolqarıstanda ayrıca kitab kimi nəşr edilmişdir.
Эта книга сейчас недоступна
251 бумажная страница
Правообладатель
Qanun Nəşriyyatı
Уже прочитали? Что скажете?
👍👎

Впечатления

  • Rüzgar Mövsümделится впечатлением9 лет назад

    “Beş mərtəbəli evin altıncı mərtəbəsi.” – Anarın əfsanəvi romanı. Bu kitabı ilk dəfə əlimə alanda, 3 cü sinifdə oxuyurdum. Onda hələ başımdan çox böyük bir hekayətin xəyali şahidi olacağımı bilmirdim. Onu da bilmirdim ki, illər keçəcək və mən Təhminənin azad olmaq istəyən ən bədbəxt, ən sentimental azərbaycanlı qadın olduğunu anlayacağam. Və mən onu da bilmirdim ki, azərbaycanda xaraktersiz, qadınlara həmişə şübhəli yanaşan, zəif Zaurlara mən 30 yaşımda da rast gələcəyəm…

    Sevgini müqəddəsləşdirən, sevgidə mistik bir enerji axtaran Təhminə və ictiami qınaqlara məğlub olan, zəif, qərarız, cəsarətsiz Zaur…
    Heyif Təhminədən, çox heyif…

  • Gülgün Rzayevaделится впечатлением7 лет назад
    👍Worth reading
    💞Loved Up
    🚀Unputdownable
    💧Soppy

    Bir sözlə, möhtəşəm əsərdi. Bu əsəri oxuyan Günel Anarqızının "Altıncı" əsərini də oxusun. Çünki bütün qaranlıq məsələlər o əsərdə açılır.

  • Sabinaделится впечатлением8 лет назад
    👍Worth reading
    🎯Worthwhile
    💧Soppy

    Unidə oxumuşdum təsirləndiriciydi.

Цитаты

  • Nermin_sliцитирует8 лет назад
    “Hər hansı bir ətri, ən nadir tapılan ətirləri belə almaq olar, – deyərdi Təhminə. – Deməli, bu ətirləri hər hansı bir qadın vura bilər. Amma hər qadının öz təkrarsız qoxusu olmalıdır. Odur ki, həmin ətirləri bir-birilə qarışdırmaq lazımdır, hərəsindən bir azacıq qarışdırmaq lazımdır. Nə qədər? Bu, sirdir və bu sirri bircə mən bilməliyəm”.
  • Rüzgar Mövsümцитирует9 лет назад
    Otağa keçdilər. Otaqda içində neçə vaxtdan bəri insan yaşamayan mənzilin səliqəsizliyi vardı – küncdə sement qutuları qoyulmuşdu, bir qırağa mismarlar, çəkiclər, mişar və rəndə atılmışdı, qab-qacaq pəncərə ağzına yığılmışdı, qarğıdan hörülmüş həsir səbətlər üst-üstə qalanmışdı, sınıq-salxaq şkafın rəflərində sirkə, abqora şüşələri düzülmüşdü, zivənin dalına döşəklər, üzsüz balışlar və yorğanlar yığılmışdı...
    Zaur Təhminəni öpdükcə, oxşadıqca Təhminə:
    — Qəsdən, qəsdən səni bura gətirdim, — deyirdi, — axırıncı dəfə, son dəfə, son dəfə səninlə olmaq istəyirdim...
    Zaur etiraz eləmirdi, amma çox yaxşı bilirdi ki, sözdür bütün bunlar hamısı, axırıncı görüşləri-filan deyil, yenə görüşəcəklər, yenə sevəcəklər bir-birlərini, çünki Təhminə onsuz – Zaursuz yaşaya bilmir. — Buna lap qəti əmin olmuşdu Zaur, odur ki, sakit idi... Deyir, axırıncı görüşümüzdür, çox gözəl, mən daha görüşmək üçün heç bir təşəbbüs göstərməyəcəyəm, desə, deyəcəyəm ki, “balam, özün qərar vermədin, axır görüşümüzdür?”. Özü məni axtaracaq, özü tapacaq, mən ancaq gözləməliyəm, vəssalam...
    Maşına minəndə Təhminə:
    — Amma səni o bağa aparmağımın bir səbəbi də var idi: — Bu səbəbi heç vaxt bilməyəcəksən.
    — Nə səbəbdir ki?
    — Demərəm.
    Zaur inad eləmədi. Bilirdi ki, təkid eləməsə Təhminə özü deyəcək. Amma bu səfər belə olmadı. Təhminə heç bir şey demədi. Nə onda, nə sonra.
    ... Və Zaur bağa gəlmələrinin bu ikinci səbəbini heç bir vaxt bilmədi.
    Bəlkə də heç yox imiş belə bir səbəb. Təhminə eləbelə, onun marağını cəlb eləmək üçün demişdi bunu. Kim bilir?..
    Evlərinin tininə burulmamış maşını saxladı. Təhminə elə maşının içindəcə Zaurun boynundan öpdü:
    — Əlvida, — dedi və tələsik maşından çıxıb iti addımlarla evlərinə tərəf addımladı.
    “Əlvida. Sağ ol. Hələlik”. Vida sözlərinin heç bir fərqi yoxdur. “Hələlik” deyib ömürlük ayrılmaq olar. “Əlvida” deyib üç gündən, üç saatdan, on beş dəqiqədən sonra yenidən görüşmək olar... Bu belədir, əlbəttə, amma hər halda evdə, çimmək otağına keçib, soyuq çiləyin altında — yuyunanda Zaura birdən elə gəldi ki, suyun güclü iynələri onun bədənindən sahil qumu, dənizin duzu, isti günün təriylə birlikdə Təhminənin öpüşlərini, sığallarını, əllərinin təmasını da həmişəlik yuyub aparır. Sözlərini, pıçıltılarını, saçlarının iyini... Bir də heç bir zaman Təhminəylə görüşməyəcəklər
  • Sayalı Baharцитирует9 лет назад
    “Hələlik” deyib ömürlük ayrılmaq olar

На полках

fb2epub
Перетащите файлы сюда, не более 5 за один раз